cümə axşamı, 28 mart 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

“Qəbələ”nin enişi

17.05.2016 13:51

İlk yarıda iki dövrə keçirildi. İndi bu dövrələrin müqayisəsi ilə futbolun inkişaf dinamikası barədə təssüratlar oyatmaq olar. Çemponatın birinci dövrəsindən sonra yarış cədvəlində vəziyyət aşağıdakı kimi idi:

Göründüyü kimi, ilk dövrədən sonra “Qəbələ” və “Qarabağ” 20 xalla birinci və ikinci yerləri bölüşürdülər. Çempionatın startında məhz bu iki komandanın şansları yüksək qiymətləndirilirdi. Heyətini xeyli dəyişdirən “İnter”in ötən illərdəki mövqeyini saxlaması bir qədər təccüblü görünürdü. “Zirə” isə çempionatın sürpriz komandası kimi dəyərəndirilirdi. Şahin Diniyevin rəhbərlik etdiyi “Kəpəz” ilk dövrədə özünü autsayder kimi aparmadı. “Neftçi” flaqman adını doğrulda bilmədi və özünə layiq olmayan 6-cı pillədə qərarlaşdı. Transfer qadağası ilə üz-üzə qalan “Xəzər-Lənkəran” gözlənilmədən Premyer Liqanın 3 komandasını qabaqladı. “Sumqayıt” və AZAL öz ənənəvi yerlərini “qorudular”. Çempionat ərəfəsində komandaların sayını düzəltmək üçün Premyer Liqaya zorla gətirilən “Rəvan”ın isə gücü 9 turda 2 xal toplamağa çatdı.

Yuxarıda sadaladığımz amillərin fonunda birinci dövrənin nəticələrini qanunauyğun saymaq olar. Yalnız “Neftçi”nin göstərciləri azarkeşləri razı salmaya bilər. Doğrudur, flaqmanın aparıcı futbolçuları komandanı tərk etmışdi. Amma bu, komandanın 6-cı pilləyə yuvarlanmasına haqq qazandırmamalıdır. Çünki “Neftçi” digər komandalardan fərqli olaraq (“Qarabağ” və “Qəbələ” bu sıraya daxil deyil) yeni legionerlər gətirmişdi və azarkeşlər komandadan əvvəlki illərin nəticələrini gözləyirdi.

Ümumiyyətlə, birinci dövrənin nəticələri “Qarabağ” və “Qəbələ”nin rəqiblərindən sürətlə aralanacağının siqnallarını verirdi. Amma belə olmadı. İkinci dövrə tamamilə fərqli nəticələrin şahidi olduq. Bunu ikinci dövrənin nəticələri əsasında hazırlanmış turnir cədvəli də aydın göstərir.

Əgər birinci dövrədə lider 20 xal toplamışdısa, ikinci dövrənin lideri 18 xalla kifayətlənməli olub. “Qarabağ” birinci dövrə ilə müqayisədə 2 xal az toplasa da, bu ona lider olmaqda əngəl olmayıb. Ən acınacaqlı nəticə “Qəbələ”yə məxsusdur. Komanda birinci pillədən 9-cü pilləyə yuvarlanıb. Bu barədə qeydlərimi yazının sonunda bildirəcəm.

İkinci dövrənin ən proqressiv komandası AZAL-dır. İlk dövrədə 7 xalla 9-cü pillədə qərarlaşan “təyyarəçilər” ikinci dövrədə 15 xal toplayaraq yalnız “Qarabağ”dan geri qalıb, “Neftçi”yə isə yalnız top fərqində uduzub. Maraqlıdır ki, AZAL bu qədər xalı cəmi 6 qol vurmaqla qazanıb.

Tərəqqiyə nail olanlar sırasında sonrakı yerləri “Neftçi” və “Rəvan” komandaları tutur. Hər iki komanda ikinci dövrədə xal ehtiyatını sıçrayışla artırıb.

“Sumqayıt” birinci dövrə ilə müqayisədə xallarının sayını artırmaqla bərabər həm də rəqiblərinin qapısına 17 qol vurmaqla ən məhsuldar komanda olub. Təəssüf ki, bu komanda top buraxmaqda da “ən üstün” olub – 19 top.

Ən pis nəticə “Xəzər-Lənkəran”a məxsusdur. Komanda ikinci dövrədə 8 oyunda məğlub olub, yalnız bir oyunda – 11-ci turda “Rəvan”ı məğlub edib.

“Qəbələ”nin ikinci dövrədəki nəticəsi ən pis olmasa da, yuxarıda qeyd etdiyimiz kimi, ən acınacaqlı olub. Belə ki, komanda birinci dövrədə 20 xal, ikinci dövrədə isə cəmi 8 xal toplayıb, rəqib qapılarına birinci dövrədə 17, ikinci dövrədə isə 7 top vurub.

“Qəbələ” bu il Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandadır. Belə bir komandanın Azərbaycan Premyer Liqasında 9 oyunda 8 qazanmasına heç nə ilə bəraət qazandırmaq olmur. Mən hələ sentyabr ayında “Qəbələ”nin uğurlarını xoş sensasiya adlandırmışdım. Buna görə məni qınayanlar da olmışdu.

“Qəbələ”nin nəticələrinin aşağı düşəcəyini proqnozlaşdırsam da, etiraf edim ki, bu qədər pisləşəcəyini gözləmirdim. Bu komandanın potensialı var. Amma ondan istifadə olunmur.

İki dövrənin müqayisəsində ən təəssüfdoğurucu amil “Qəbələ”nin inanılmaz enişidir. Qarşıdakı qış fasiləsində “Qəbələ” dəyişəkmi?

Oxundu: 1323