şənbə, 23 sentyabr 2017

Menu

şənbə, 23 sentyabr 2017

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

"Qarabağ"ın qələbəsi

24.08.2017 15:27

"Qarabağ" Danimarkanın "Kopenhagen" komandasını üstələyərək Avropa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Hələ bu qələbənin sevinci ilə yaşayırıq. Bu qələbə niyə bu qədər şirindir?

Əlbəttə, bu suala bir cümlə ilə cavab vermək olar: Azərbaycan komandası ilk dəfə bu uğura imza atır, "ilk"in sevinci də aşıb-daşan olur. Bu hər kəsin verə biləcəyi cavabdır. Bu qələbənin şirinliyinə şirinlik qatan, ilk baxışda görünməyən amillər də var. Bu amilləri görmək üçün mütləq geri boylanmaq, klubun bu günə qədər keçdiyi enişli-yoxuşlu yolu nəzərdən keçirmək lazımdır. Təbii ki, bir güşə yazısında bu yolu başdan-başa analiz edib yekun qiymət vermək çətindir. Burada kiçik, amma "olmazsa-olmaz" təsiri bağışlayan elementlər haqqında danışmayacağıq. Çünki bu bir araşdırma mövzusudur, bu mövzunu araşdırmaqla ölkə futbolunun inkişaf proqramını hazırlamaq mümkündür.

Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün "Qarabağ" uzun və yorucu bir yol keçib. "Azərsun" komandaya sponsorluq etməyə başlayarkən "Qarabağ" Azərbaycanın ider komandası olmasa da tanınan komandalarından biri idi. Amma maddi sıxıntılar klubu enişə doğru çəkirdi. Təsəvvür eləyin, əvvəllər iki dəfə ölkə çempionu olmuş bir komanda özünün imkanlı sponsoruna qovuşduqdan sonra keçirilən ilk çempionada 9-cu nəticə göstərdi. Amma bu, sponsorları həvəsdən salmadı, əksinə, komandanı doğru yola yönəltmək üçün onlara istinad nöqtəsi oldu. Axtarışlar, araşdırmalar başladı, komandaya xaricdən mütəxəssislər dəvət edildi vəqarşıya hədəflər qoyuldu: uzaqvədəli və yaxınvədəli hədəflər. Yaxınvədəli hədəf komandanı Azərbaycan futbolunun liderinə çevirmək idisə, uzaqvədəli hədəfə Avropada Azərbaycanı layiqincə təmsil etmək daxil idi. Mən bu hədəfləri klubun rəhbərlərindən olan Tahir Gözəllə üzbəüz söhbətlərimizdə şəxsən eşitmişəm. Etiraf edim ki, bəzən bu iddialara inanmağım gəlməyib, onları illüziya hesab etmişəm: yəni Azərbaycanda belə bir komanda formalaşdırmaq mümkündürmü? Mənim şübhələrimə baxmayaraq, Tahir bəy hər dəfə bu hədəflərə doğru getdiklərini təkrar edirdi.

Yaxınvədəli hədəfinə çatmaq üçün klub bir neçə eksperimentə də əl atdı. Bu eksperimentlər arasında güclü məşqçi axtarıçı da var idi. Amma tez-tez məşqçı dəyişikliyinin effekt vermədiyini görən rəhbərlik 2008-ci ildə "Neftçi"də qısamüddətli təcrübə toplayan Qurban Qurbanovu komandaya dəvət edib baş məşqçi səlahiyyətlərini bütünüklə ona həvalə etdi. Bununla da uğursuzluqlara dözərək uğura addım-addım getməyi qərara aldı. Təbii ki, xarici klubların təcrübəsi də öyrənilirdi. Qurban Qurbanov bir neçə dəfə Avropanın aparıcı klublarına təcrübəyə göndərildi və onların iş üsulu ilə tanış oldu. Beləlikə, uğurların təməli qoyulmağa başlandı. Bu strategiya ilə "Qarabağ" Azərbaycan çempionu titulunu düz altı il səbirlə gözlədi. 2013/2014-cü il mövsümü yaxınvədəli hədəfin ilk təməl daşı oldu. Bundan sonra komanda çemoionluq titulunu əlində möhkəm saxladı. Bu artlqyaxınvədəli hədəfin başa çatdırılması idi. Bununla paralel uzaqvədəli hədəfə doğru da addımlar atılırdı. Arxada qalan son üç ildə "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycanı Avropada layiqincə təmsil etmək proqramını səbirlə həyata keçirrdi. Amma bu uğura Azərbaycan çempionu olmadan da nail olmaq mümkün idi. Məsələn, "Qəbələ" çempion olmadan Avropa Liqasının qrup mərhələsində iki il dalbadal çıxış etdi. "Qarabağ" isə Azərbaycan çempionu kimi Çempionlar Liqasında təmsil olunmalı idi, hədəf belə idi. Və nəhayət , dünən bu hədəfə də çatmaq mümkün oldu.

Necə deyərlər:

Səbr ilə halva bişər, ey qora, səndən.

Bəsləsən atlas olar tut yarpağından.

Amma bu da son deyil... Hələliksə, bu da nailiyyətdir. Həm də böyük nailiyyətdir. Və bu niliyyətin şirinliyinin arxasında çəkilən zəhmət durur. "Qarabağ" rəhbərliyinin planlı, dözümlü və səbirli zəhməti.

İndi "Qarabağ", bəlkə də, maddi cəhətdən özünü təmin edən komandaya çevrilib. Hətta özünü tam təmin edə bilməsə belə, onu pul qazana bilən komanda saymaq olar. Klub buna planlı fəaliyyət nəticəsində nail olub. İnanıram ki, bu cür davam etsə, Premyer Liqamızda planlı fəaliyyət proqramı ilə çıxış edən klubların sayı artarsa, özünü maddi cəhətdən təmin edən klublarimız da olacaq.

"Qarabağ"ın qələbəsi bu qənaətə gəlmək üçün ən gözəl nümunədir. Bu nümunədən faydalanmaq lazımdır.

Oxundu: 129

  • AFFA-nın "qüruru" - U-21

    07.09.2017 14:40
    Dünən U-21-in baş məşqçisi Yaşar Vahabzadə istefaya göndərilib.
  • "Qarabağ"ın qələbəsi

    24.08.2017 15:27
    "Qarabağ" Danimarkanın "Kopenhagen" komandasını üstələyərək Avropa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.
  • Futbolumuzda ikili müqavilə faktı

    16.08.2017 16:50
    Bu günlər Azərbaycan fotbolunun gündəliyini "Qarabağ"-"Kopenhagen" oyunu qədər zəpt edən ikinci bir mövzu da var.
  • "Qarabağ" və "Qəbələ": davam, ya tamam?

    28.07.2017 15:34
    Kim şanslıdır: hücum, yoxsa əks-hücum komandası
  • İki cəbhədə qazanılan uğurun dadı

    30.06.2017 16:38
    Dünən Avrokubok oyunlarında ölkəmizi təmsil edən "Zirə" və "İnter" üzümüzü güldürdü.
  • Tarixə düşəcək oyun

    09.03.2017 18:53
    Futbol üzrə Avropa Çempionlar Liqasının 1/8 final oyunlarının cavab qarşılaşmaları ərəfəsində, yəqin ki, böyük əksəriyyət "Barselona"- PSJ qarşılaşmasının maraqsız olacağını düşünürdü.
  • Penalti, qırmızı kart, 98 dəqiqəlik oyun  və ...

    30.11.2016 15:39
    "Qarabağ"-"Qəbələ" oyunu təkcə maraqlı mübarizə ilə deyil, həm də qalmaqallarla yadda qaldı.
  • "Baksell arena"nın  dərdləri

    07.11.2016 16:50
    Yəqin ki, sərlövhəni oxuyan hər kəs ilk növbədə  "Baksell arena"nın qazonunun vəziyyətini göz önünə gətirəcək.  Cəmi  3-4 yaşı olan meydançanın qazonun "xəstəliyini" sağaltmağa qadir olan bir "həkimin" tapılması müşkülə düşüb.
  • Joze Luiş Mendeş Andrade kimdir?

    30.10.2016 12:13
    Bu suala qısaca cavab versək, deyə bilərik ki, Kabo-Brede respublikasının dünya futboluna verdiyi töhfə.
  • Müşahidə Şurası

    27.06.2016 16:06
    AFFA 2015-ci ildə futbolumuzda yenilik tətbiq etdi. Adını da Müşahidə Şurası qoydu. Premyer Liqa klublarının bir neçəsi dərhal bu yeniliyi qəbul etdi. Amma qəbul etməyənlər də oldu. Bəs bu Müşahidə Şurası nədir? Niyə bu təklif birmənalı qarşılanmır?
  • “Böyük oyunlar”ın balaca qurbanları

    27.06.2016 15:49
    10 ildir futbolumuza yeni məfhum gətirilib: “böyük oyun”. “Xəzər-Lənkəran”la “Neftçi” arasında keçirilən oyunlara, nədənsə, “böyük oyun” deyirlər. Uşaq yaşlarımdan futbol azarkeşi olsam da, hələ bizim komandalarımızın iştirakı ilə “böyük oyun” keçirilməsinin şahidi olmamışam.
  • “Qəbələ”nin enişi

    17.05.2016 13:51
    Futbol üzrə 24-cü Azərbaycan çempionatının ilk yarsı başa çatdı.

© 2017 - NSPSOLUTIONS