Cümə, 24 noyabr 2017

Menu

Cümə, 24 noyabr 2017

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

AFFA-nın "qüruru" - U-21

07.09.2017 14:40

Dünən U-21-in baş məşqçisi Yaşar Vahabzadə istefaya göndərilib. İstefa komandanın dalbadal 2-ci məğlubiyyətindən sonra gerçəkləşib. AFFA-nın rəsmi saytının yazdığına görə Yaşar Vahabzadə Baş katib Elxan Məmmədova son iki oyunun hesabatını verdikdən sonra onun bu vəzifədə qalması məqsədəuyğun sayılmayıb. Belə çıxır ki, uğursuzluğun səbəbkarı məhz Yaşar Vahabzadədir.

Əslində isə belə deyil. Əsl səbəbkar AFFA özüdür. Yeni baş məşqçi təyin olunduqdan sonra mənim bu iddiamın təsdiqini tapacağına inanıram.

Fikrimi əsaslandırmaq üçün bir neçə amili sadalamaq kifayətdir.

AFFA-nın tarixini iki mərhələyə bölmək olar: Fuad Musayevin AFFA-sı və ondan sonrakı AFFA. İndiki AFFA-nın əsası 2004-cü ildə qoyulub. O vaxtdan bəri bu kollektiv özünü işgüzar kimi göstərməyə çalışaraq bir neçə qüsurlü addımlar atıb. İlk qüsurlu addım Karlos Alberto Torresin yığma komandaya baş məşqçi gətirilməsi idi. İndiki AFFA Fuad Musayevin AFFA-sını üsyan yolu ilə yıxıb. Üsyanın səbəbi kimi futbolun özbaşına buraxılması, futbolçu yetışdirilməməsi göstərilirdi. Əgər Fuad Musayevin dönəmində futbolçu yetişdirilmirdisə, yəni Musayevin komandası indikilərə bir xarabaxana buraxıb getmişdisə, bu xarabaxanaya Torresin gətirilmsini necə başa düşək? Futbolçu yox idisə, Torres kiminlə uğur qazanacaqdı? Meydançaya özü çıxıb oynayası idi?

Torresin dövründəki "uğurları" yəqin ki, heç kəs unutmayıb.

Sonra Foqts təşrif buyurdu. Torresdən fərqli olaraq Foqts çəkinmədən deyirdi ki, mən özüm çıxıb oynayan deyələm, futbolçu verin, oynadım. Onda AFFA əl-ayağa düşüb orda-burda futbolçu axtarmağa başladı. Azərbaycanla heç bir əlaqəsi olmayan əcnəbi futbolçular milli komandamıza doluşdu. Amma onlar da bir effekt vermədilər. Çünki normal səviyyəli futbolçular öz ölkəsini atıb başqa millinin bayrağını daşımağı özlərinə sığışdırmırlar. Bizim millidə də özgələrin tör-töküntülərı oynayırdılar. Tör-töküntülərlə də uğur qazanmaq müşkül məsələdir.

AFFA-nın belə qüsurlu addımları barədə hələ çox danışmaq olar. Amma U-21-in nəticələrinə işıq salmaq üçün elə bu da kifayətdir.

AFFA hansı yolla olursa olsun nəticə qazanmaq istəyir. Amma bunun bir yolu var - Azərbaycan futbolunu inkışaf etdirmək. Bu isə asan iş deyil. Bunun üçün bəlkə də, ömrünü futbola qurban verməlisən. Ölkənin 10 milyonluq əhalisi arasından 200-300 istedadlı uşaq seçməlisən, onların qayğısını çəkməlisən, futbolun sirlərini bilən mütəxəssislər cəlb edib həmin gənclərin istedadlarını cilalamalısan. Bu işi konveyer şəklində qurmalısan ki, estafet əldən-ələ verilsin. Bəs AFFA bu işə can atırmı?

Qətiyyətlə yox!

2004-cü ildə, yəni hazırkı AFFA iş başına keçəndə indiki 21- yaşlı futbolçuların 8 yaşı var idi. O vaxt 200-300 nəfər 8 yaşlı uşaq seçib onalara futbolun sirlərini öyrətmək əvəzinə AFFA ayağını ayağının üstünə aşırıb pafoslu çıxışlar edirdi. Nəticə nə oldu?

Nəticədə İrlandiya ilə son oyunda qapımızı qorumaq topu ayaqları arasından buraxan Mustafa Özhitaya etibatr edildi. Sərtan Taşkınlar, Ozan Can Kokcular, Sərkan Baloğlular, Onur Albayraklar onlarla Mahir Mədətovların, Elnur Cəfərovların yerlərini zəpt etdilər.

2007-ci ildə Mahir Mədətov "Sabahın ulduzları" çempionatında çıxış etməyə başlayarkən həmin çempionatda 500 nəfərə yaxın uşaq iştirak edirdi və onların ən azı 20-25 nəfəri Mahir qədər perspektiv vəd edirdi. AFFA-nın "Sabahın ulduzları"na olan laqeyd münasibəti nəticəsində o istedadların böyük əksəriyyəti itirildi.

İndi U-21-in uğursuzluğunun günahkarı kimi Yaşar Vahabzadə istefaya göndərilir. Vahabzadə Mustafa Özhitayı harda görmüşdü ki, onu komandaya dəvət edirdi? Bəllidir ki, bu Mustafaların öz himayədarları var və onlar həmin himayədarlar vasitəsi ilə milliyə dürtülür və Yaşar Vahabzadələri "günüh keçisinə" çevirirlər.

İstefaya isə təkcə Vahabzadə deyil, Sərtanları, Ozanları, Onurları milliyə yamaq eləyənlər göndərilməlidiir.

Oxundu: 243

  • AFFA-nın "qüruru" - U-21

    07.09.2017 14:40
    Dünən U-21-in baş məşqçisi Yaşar Vahabzadə istefaya göndərilib.
  • "Qarabağ"ın qələbəsi

    24.08.2017 15:27
    "Qarabağ" Danimarkanın "Kopenhagen" komandasını üstələyərək Avropa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.
  • Futbolumuzda ikili müqavilə faktı

    16.08.2017 16:50
    Bu günlər Azərbaycan fotbolunun gündəliyini "Qarabağ"-"Kopenhagen" oyunu qədər zəpt edən ikinci bir mövzu da var.
  • "Qarabağ" və "Qəbələ": davam, ya tamam?

    28.07.2017 15:34
    Kim şanslıdır: hücum, yoxsa əks-hücum komandası
  • İki cəbhədə qazanılan uğurun dadı

    30.06.2017 16:38
    Dünən Avrokubok oyunlarında ölkəmizi təmsil edən "Zirə" və "İnter" üzümüzü güldürdü.
  • Tarixə düşəcək oyun

    09.03.2017 18:53
    Futbol üzrə Avropa Çempionlar Liqasının 1/8 final oyunlarının cavab qarşılaşmaları ərəfəsində, yəqin ki, böyük əksəriyyət "Barselona"- PSJ qarşılaşmasının maraqsız olacağını düşünürdü.
  • Penalti, qırmızı kart, 98 dəqiqəlik oyun  və ...

    30.11.2016 15:39
    "Qarabağ"-"Qəbələ" oyunu təkcə maraqlı mübarizə ilə deyil, həm də qalmaqallarla yadda qaldı.
  • "Baksell arena"nın  dərdləri

    07.11.2016 16:50
    Yəqin ki, sərlövhəni oxuyan hər kəs ilk növbədə  "Baksell arena"nın qazonunun vəziyyətini göz önünə gətirəcək.  Cəmi  3-4 yaşı olan meydançanın qazonun "xəstəliyini" sağaltmağa qadir olan bir "həkimin" tapılması müşkülə düşüb.
  • Joze Luiş Mendeş Andrade kimdir?

    30.10.2016 12:13
    Bu suala qısaca cavab versək, deyə bilərik ki, Kabo-Brede respublikasının dünya futboluna verdiyi töhfə.
  • Müşahidə Şurası

    27.06.2016 16:06
    AFFA 2015-ci ildə futbolumuzda yenilik tətbiq etdi. Adını da Müşahidə Şurası qoydu. Premyer Liqa klublarının bir neçəsi dərhal bu yeniliyi qəbul etdi. Amma qəbul etməyənlər də oldu. Bəs bu Müşahidə Şurası nədir? Niyə bu təklif birmənalı qarşılanmır?
  • “Böyük oyunlar”ın balaca qurbanları

    27.06.2016 15:49
    10 ildir futbolumuza yeni məfhum gətirilib: “böyük oyun”. “Xəzər-Lənkəran”la “Neftçi” arasında keçirilən oyunlara, nədənsə, “böyük oyun” deyirlər. Uşaq yaşlarımdan futbol azarkeşi olsam da, hələ bizim komandalarımızın iştirakı ilə “böyük oyun” keçirilməsinin şahidi olmamışam.
  • “Qəbələ”nin enişi

    17.05.2016 13:51
    Futbol üzrə 24-cü Azərbaycan çempionatının ilk yarsı başa çatdı.

© 2017 - NSPSOLUTIONS