çərşənbə axşamı, 24 aprel 2018

Menu

çərşənbə axşamı, 24 aprel 2018

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

Azərbaycan reallığı və futbolçu maaşı

15.01.2018 16:56

Dünya futbolunda dövr edən pulları göz qabağına gətirdikdə adamın başı fırlanır. Amma bu, ilk baxışda belədir. Çünki biz futbol deyəndə gözümüzün önünə dünyanın öndə gedən futbol ölkələrini gətiririk. Halbuki, futbol dünyanın 5-10 ölkəsi ilə məhdudlaşmır. Elə ölkələr var ki, orada futbolçu olmaq kasıb həyatı qəbul etmək deməkdir. Amma belə ölkələrdə də futbol oynanılır və onlar da dünya miqyaslı yarışlara qoşulurlar. Bəs niyə bizdə futbolçu olmaq varlı olmaq anlamına gəlir? Cavab çox sadədir. Biz futbolu "qonşudan qalma dala" prinsipi ilə oynayırıq. Amma bu prinsip yalnız futbola qoyulan pul məsələsində özünü doğruldur. Diqqət edin: varlı futbol ölkələrinin normal oynaya bilən futbolçularını Azərbaycana gətirmək mümkün deyil. Amma orta səviyyəli, ondan bir qədər aşağı səviyyəli futbolçuları bizim futbola cəlb etmək olur. Və onlar bəzi hallarda burada özlərini tanıda bilirlər. Hətta daha varlı klublara transfer olunurlar. Nəyin hesabına? Əlbəttə, ona ödənəcək pulun hesabına. Təbii ki, futbolunu inkişaf etdirmək istəyən ölkə əcnəbi futbolçuların cəlb olunması məqsədi ilə sərmayə yatırmalıdır. Amma bu, yerli futbolçuların qiymətini süni artırmamalıdır. Süni artımın qarşısını almaq üçün müəyyən bir mexanizm hazırlanmalıdır. Yerli futbolçu anlamalıdır ki, onun maaşı əcnəbi futbolçunun maaşı ilə müqayisə oluna bilməz. Əcnəbi futbolçu səviyyəsində maaş almaq arzusunda olan futbolçu qəbul etməlidir ki, o qədər pul qazanmaq istəyən futbolçu əcnəbi olmalıdır. Yəni sən də çoxlu pul qazanmaq üçün əcəbi həyatı yaşamalısan, isti evini qoyub çətin həyatı qəbul etməlisən. Hazırda bizim futbolçular bu şərti ağıllarına gətirmirlər. Çünkü onlara maaş əcnəbilərlə müqayisə olunaraq verilir.

Mən Azərbaycan futbolçusunun nə qədər maaş aldığını dəqiq bilmirəm. Amma bir müddət bundan öncə, Rauf Əliyevin "Kukesi"yə keçməsi ərəfəsində o vaxtkı "İnter" (Raufun məxsus olduğu komanda) futbolçuya ayda 10000 manat maaş veridiyi barədə rəsmi sənəd yaymışdı. Elə bu sənəd də Azərbaycan reallığı ilə futbolçu maaşının arasında nə qədər böyük uçrum olduğunu göstərir. Azərbaycanda bu qədər maaşı yalnız ölkə prezidenti ala bilər. Futbolçunun prezidentlə eyni səviyyədə maaş alması nə deməkdir? Bilirəm, yenə Messinin, Ronaldonun maaşını gözümə soxanlar olacaq. Amma başa düşmək lazımdır ki, futbol ölkələrində maaşı klub verir. Həmin klub da hüquqi şəxsdir, işçisinə istədiyi maaşı verə bilər. Bizdə isə vəziyyət başqadır. Komandaların əksəriyyətini AFFA maliyyələşdirir, AFFA-nın özünü isə dövlət şirkəti olan SOCAR. (Əslində ARDNŞ yazmaq istəyirdim, başa düşməyənlərin olacağnı düşünüb fikrimdən vaz keşdim). Dolayısı ilə bizim futbolu dövlət malıyyələşdirir. Dövlətdən maliyyələşən müəssisə isə dövlət qanunları ilə tənzimlənməlidir. Əgər futbolumuzun və futbolçumuzun inkişaf etməsini istəyiriksə, bu məsələyə bir nizam gətirilməlidir. Bunun üçün bir təklif irəli sürmək istəyirik:

- AFFA-da vahid maliyyə mənbəyi yaradılmalı, komandalar bu mənbədən maliyyələşməlidirlər. Dövlət qurumları futbol üçün ayrılmış maliyyəni bu mənbəyə köçürməlidirlər. (Belə bir mənbənin AFFA-da yaradılmasına etiraz edənlərin olacağını bilirəm. Hazırda futbol təsərrüfatına AFFA-nın cavabdeh olması və FİFA və UEFA-nın futbol məsələlərində yalnız AFFA-nı tanıması başqa formanı istisna edir).

- AFFA-nın (dolayısı ilə dövlətin) maliyyəlşdirildiyi komandalarda yerli futbolçuların maksimum maaşı yaşayış minumumun 10 misli həcmində müəyyənləşdirilsin. Hazırda Azərbaycanda yaşayış minumumu 173 manatdır. Buna uyğun olaraq futbolçuya maksimum 1730 manat maaş təyin edilsin. Futbolçunu stimullaşdrılmaq məqsədi ilə qələbə üçün, ilin sonunda komandanın tutacağı yerə görə əlavə mükafat fondu ayrılsın. Yəni futbolçu bilsin ki, yaxşı oynasa, komandası yaxçı yer tutsa, maaşdan əlavə də qazancı olacaq. Amma bunun da bir sərhədi olmalıdır. Bunu isə komandanı maliyyələşdirənlər öz imkanlarına görə müəəyən edə bilərlər.

- AFFA-nın maliyyəlşdirildiyi komandaların hər birinə əcnəbi futbolçu cəlb eləmək üçün eyni həcmdə əlavə maliyyə ayrıla bilər. Komanda rəhbərliyi daxili imkanları hesabına bu həcmi artıra bilərlər.

Bizim təklif etdiyimiz bu mexanizmlə, ildə təxminən 10 milyon manat ayırmaqla 16 komandalıq Premyer Liqa (Güclülər dəstəsi) təşkil etmək olar.

Bu təklif hazırkı çempionatımızda iştirak edən "Qarabağ" və "Qəbələ" komandalarına şamil edilməməlidir. Əksinə, çalışmaq lazımdır ki, dövlətdən asılı olmayan sponsorların himayə etdikləri komandaların sayı artsın.

Aydındır ki, bu təklif yerli futbolçuları qəzəbləndirəcək. Amma əvvəl-axır reallıqla barışmalı olacağıq. Əgər futbolçularımız, öz dilləri ilə desək, "peraşki dövrünə" qayıtmaq istəmirlərsə, bu addımla razılaşmalıdırlar.

Oxundu: 853

  • Azərbaycan reallığı və futbolçu maaşı

    15.01.2018 16:56
    Əgər futbolumuzun və futbolçumuzun inkişaf etməsini istəyiriksə, Azərbaycan reallığı və futbolçunun maaşı məsələsinə bir nizam gətirilməlidir.
  • AFFA-nın "qüruru" - U-21

    07.09.2017 14:40
    Dünən U-21-in baş məşqçisi Yaşar Vahabzadə istefaya göndərilib.
  • "Qarabağ"ın qələbəsi

    24.08.2017 15:27
    "Qarabağ" Danimarkanın "Kopenhagen" komandasını üstələyərək Avropa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.
  • Futbolumuzda ikili müqavilə faktı

    16.08.2017 16:50
    Bu günlər Azərbaycan fotbolunun gündəliyini "Qarabağ"-"Kopenhagen" oyunu qədər zəpt edən ikinci bir mövzu da var.
  • "Qarabağ" və "Qəbələ": davam, ya tamam?

    28.07.2017 15:34
    Kim şanslıdır: hücum, yoxsa əks-hücum komandası
  • İki cəbhədə qazanılan uğurun dadı

    30.06.2017 16:38
    Dünən Avrokubok oyunlarında ölkəmizi təmsil edən "Zirə" və "İnter" üzümüzü güldürdü.
  • Tarixə düşəcək oyun

    09.03.2017 18:53
    Futbol üzrə Avropa Çempionlar Liqasının 1/8 final oyunlarının cavab qarşılaşmaları ərəfəsində, yəqin ki, böyük əksəriyyət "Barselona"- PSJ qarşılaşmasının maraqsız olacağını düşünürdü.
  • Penalti, qırmızı kart, 98 dəqiqəlik oyun  və ...

    30.11.2016 15:39
    "Qarabağ"-"Qəbələ" oyunu təkcə maraqlı mübarizə ilə deyil, həm də qalmaqallarla yadda qaldı.
  • "Baksell arena"nın  dərdləri

    07.11.2016 16:50
    Yəqin ki, sərlövhəni oxuyan hər kəs ilk növbədə  "Baksell arena"nın qazonunun vəziyyətini göz önünə gətirəcək.  Cəmi  3-4 yaşı olan meydançanın qazonun "xəstəliyini" sağaltmağa qadir olan bir "həkimin" tapılması müşkülə düşüb.
  • Joze Luiş Mendeş Andrade kimdir?

    30.10.2016 12:13
    Bu suala qısaca cavab versək, deyə bilərik ki, Kabo-Brede respublikasının dünya futboluna verdiyi töhfə.
  • Müşahidə Şurası

    27.06.2016 16:06
    AFFA 2015-ci ildə futbolumuzda yenilik tətbiq etdi. Adını da Müşahidə Şurası qoydu. Premyer Liqa klublarının bir neçəsi dərhal bu yeniliyi qəbul etdi. Amma qəbul etməyənlər də oldu. Bəs bu Müşahidə Şurası nədir? Niyə bu təklif birmənalı qarşılanmır?
  • “Böyük oyunlar”ın balaca qurbanları

    27.06.2016 15:49
    10 ildir futbolumuza yeni məfhum gətirilib: “böyük oyun”. “Xəzər-Lənkəran”la “Neftçi” arasında keçirilən oyunlara, nədənsə, “böyük oyun” deyirlər. Uşaq yaşlarımdan futbol azarkeşi olsam da, hələ bizim komandalarımızın iştirakı ilə “böyük oyun” keçirilməsinin şahidi olmamışam.
  • “Qəbələ”nin enişi

    17.05.2016 13:51
    Futbol üzrə 24-cü Azərbaycan çempionatının ilk yarsı başa çatdı.

© 2018 - NSPSOLUTIONS