çərşənbə, 21 noyabr 2018

Menu

çərşənbə, 21 noyabr 2018

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

"Səbail"lə ehtiyatlı olun!!!

23.10.2018 18:06

Topaz Premyer Liqasının cari çempionatında "Sabail" komandası 13 xalla 3-cü yerdə gedir. Yarış cədvəlinin "T-F" (vurulan və buraxılan topların fərqi) sütununda komandanın adının qarşısında 10-10 yazılıb. Yəni 10 tup vurub, 10-nu da buraxıb. Əslində isə belə deyil. "Səbail"in həm xalları, həm də qolları müftə başa gəlib. Belə ki, 4-cü turda baş tutan "Səbail"-"Zirə" matçı 1:1 hesabı ilə başa çatmışdı. Amma AFFA-nın İntizam Komitəsi bu oyunu baş tutmamış sayıb "Səbail"ə 3:0 hesablı qələbə verdi. Üzdə görünən səbəb protokol xətası idi. Beləliklə, bu şanslı komanda bu oyunda qazandığı 1 xal əvəzinə qazanmadığı 3 xala, vurduğu bir qol əvəzinə də vurmadığı 3 qola sahib oldu. Protokol xətasının dərinliyi barədə burada danışmaq istəmirik. Bu, başqa söhbətin mövzusudur.

Növbəti başayaq hadisə isə 8-ci turda yaşandı. Amma yenə "Səbail"in xeyrinə. Belə ki, "Azərsun-Arena"da keçirilən "Qarabağ" - "Səbail" oyunu ağdamlıların 1:0-lıq qələbəsi ilə nəticələndi. Oyundan sonra yenə qalmaqal yaşandı, yenə protokol xətası, yenə "Səbail"in xeyrinə. Bu dəfə " Səbail"in xallar xanasındakı sıfır pozulub yerinə 3 yazıldı. Qollar xanasındakı sıfır isə çevrilib 3 oldu. Əvəzində "Qarabağ"ın xallar qanasındakı 3 öz dəyərini itirib sıfırlaşdı. Vurduğu bir qol da yoxa çıxıb yerinə sıfır, buraxdığı qollar xanasına isə buraxmadığı 3 top əlavə olundu.

Bütün bunlar olmasaydı, bu gün "Səbail"in aktivində 13 xal yox, 8 xal olardı. Top fərqi sütununda isə 10-10 əvəzinə 5-11 yazılardı. Bu nəticə ilə komanda yarış cədvəlinin 3-cüsü yox, 6-cısı olmalı idi.

Kluarlarda söhbət gedir ki, bütün bu hadisələr düşünülmüş şəkildə törədilir, "Qarabağ" sıxışdırılır, "Neftçi"yə çempionluq yolu açılır. Mən bunlara inanmıram. Bəlkə də, "Qarabağ"ın dalbadal çempion olması kimlərisə bıkdırıb. Amma bu üsulla çempionluğu başqa komandaya ötürmək elə də asan məsələ deyil. Həm də belə olsaydı, bu cür tələ altı xallıq fərq yaratmaq üçün "Neftçi"nin "Qarabağ"la görüşlərində, özü də xal itirdiyi oyunlarında qurulardı.

Neçə illərdi bizim futbolda görünməyən bir xətanın 8 turda iki dəfə təkralanması şübhələr yaradır. Amma bu şübhələri fakta çevirən heç bir detal yoxdur. Ona görə də ucadan qışqırıb nəsə demək olmur. Güman qalır ehtimallara. Protokol xətaları təsadüfüdürmü? Bu xətaları niyə məhz "Səbail"in rəqibləri edir?

Bu suallara özüm də bir tutarlı cavab verə bilmirəm. Əlimdən bircə şey gəlir, o da Premyer Liqada iştirak edən digər yeddi komandaya müraciət etməkdir.

Hörmətli klub rəhbərləri, "Səbail"lə oyunlarda diqqətli olun, protokollarınızı dəfələrlə nəzərdən keçirin, texniki zonanıza nəzarəti gücləndirin, ora kənar şəxslər keçə bilər. Futbolçularınıza tapşırın "Səbail"in futbolçularının xətrinə dəyməsinlər. Bu komanda ilə oyunda qayda pozmadan qalib gəlməyə çalışın. Müdafiəçilərinizə deyin, "Səbail"in hücumlarının qarşısını cərimə meydançanıza daxil olmamış alsınlar, yoxsa penalti ola bilər. Fanatarınıza bildirin ki, "Səbail"lə oyunda 90 dəqiqə susuzluğa dözsünlər, su içməsinlər. Birdən içsələr, sonra boş butulka əllərindən sürüşüb meydançaya düşə bilər. Pirotexniki vasitələrini başqa komandalarla oyuna saxlasınlar.

Bir sözlə, "Səbail"lə oyunda ehtiyatlı olun!!!

Oxundu: 272

  • "Səbail"lə ehtiyatlı olun!!!

    23.10.2018 18:06
    Yenə protokol xətası, yenə "Səbail"in xeyrinə
  • Protokol xətası və hakim məsuliyyəti

    20.10.2018 22:41
    Cari mövsümdə Topaz premyer Liqasında ikinci dəfə protokol xətası baş verib.
  • Mərdi qovmazlar

    15.10.2018 17:41
    Mahir hələ 22 yaşındadır. Bu yaşda futbolçunu hədsiz tərifləyərsən, ulduz xəstəliyinə tutular, sərt tənqid edərsən, bildiyini də itirər.
  • Futbol ölkəsi olmaq üçün

    20.09.2018 19:21
    Futbol qayğıya möhtac olan idman növüdür, qayğı göstərərsən inkişaf edər, göstərməzsən, "Azərbaycan futbol ölkəsi deyil" kimi bəhanə uydurmaq məcburiyyətindəsən.
  • BATE və "Qarabağ"

    16.08.2018 19:06
    Bu tipli oyunlarda gözəl futboldan çox, müsbət nəticə önəmlidir. BATE də bu prinsipi əsas tutub bizim "Qarabağ"ımızı üstələdi.
  • "Qarabağ"ın hesabına Azərbaycan futbolu

    15.08.2018 17:14
    Avropa liqası "Qarabağ"ı formada saxlamaq üçün ən faydalı vasitədir. Ümid edirəm ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinə vəsiqə qazana biləcək.
  • Tərlan Əhmədova hücum: sifariş, qərəz və fakt

    10.05.2018 17:49
    Son vaxtlar mətbuatda Tərlan Əhmədovun mövsümün sonunda "Neftçi"ni tərk edəcəyi barədə xəbərlər xeyli çoxalıb.
  • Azərbaycan reallığı və futbolçu maaşı

    15.01.2018 16:56
    Əgər futbolumuzun və futbolçumuzun inkişaf etməsini istəyiriksə, Azərbaycan reallığı və futbolçunun maaşı məsələsinə bir nizam gətirilməlidir.
  • AFFA-nın "qüruru" - U-21

    07.09.2017 14:40
    Dünən U-21-in baş məşqçisi Yaşar Vahabzadə istefaya göndərilib.
  • "Qarabağ"ın qələbəsi

    24.08.2017 15:27
    "Qarabağ" Danimarkanın "Kopenhagen" komandasını üstələyərək Avropa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.
  • Futbolumuzda ikili müqavilə faktı

    16.08.2017 16:50
    Bu günlər Azərbaycan fotbolunun gündəliyini "Qarabağ"-"Kopenhagen" oyunu qədər zəpt edən ikinci bir mövzu da var.
  • "Qarabağ" və "Qəbələ": davam, ya tamam?

    28.07.2017 15:34
    Kim şanslıdır: hücum, yoxsa əks-hücum komandası
  • İki cəbhədə qazanılan uğurun dadı

    30.06.2017 16:38
    Dünən Avrokubok oyunlarında ölkəmizi təmsil edən "Zirə" və "İnter" üzümüzü güldürdü.
  • Tarixə düşəcək oyun

    09.03.2017 18:53
    Futbol üzrə Avropa Çempionlar Liqasının 1/8 final oyunlarının cavab qarşılaşmaları ərəfəsində, yəqin ki, böyük əksəriyyət "Barselona"- PSJ qarşılaşmasının maraqsız olacağını düşünürdü.
  • Penalti, qırmızı kart, 98 dəqiqəlik oyun  və ...

    30.11.2016 15:39
    "Qarabağ"-"Qəbələ" oyunu təkcə maraqlı mübarizə ilə deyil, həm də qalmaqallarla yadda qaldı.
  • "Baksell arena"nın  dərdləri

    07.11.2016 16:50
    Yəqin ki, sərlövhəni oxuyan hər kəs ilk növbədə  "Baksell arena"nın qazonunun vəziyyətini göz önünə gətirəcək.  Cəmi  3-4 yaşı olan meydançanın qazonun "xəstəliyini" sağaltmağa qadir olan bir "həkimin" tapılması müşkülə düşüb.
  • Joze Luiş Mendeş Andrade kimdir?

    30.10.2016 12:13
    Bu suala qısaca cavab versək, deyə bilərik ki, Kabo-Brede respublikasının dünya futboluna verdiyi töhfə.
  • Müşahidə Şurası

    27.06.2016 16:06
    AFFA 2015-ci ildə futbolumuzda yenilik tətbiq etdi. Adını da Müşahidə Şurası qoydu. Premyer Liqa klublarının bir neçəsi dərhal bu yeniliyi qəbul etdi. Amma qəbul etməyənlər də oldu. Bəs bu Müşahidə Şurası nədir? Niyə bu təklif birmənalı qarşılanmır?
  • “Böyük oyunlar”ın balaca qurbanları

    27.06.2016 15:49
    10 ildir futbolumuza yeni məfhum gətirilib: “böyük oyun”. “Xəzər-Lənkəran”la “Neftçi” arasında keçirilən oyunlara, nədənsə, “böyük oyun” deyirlər. Uşaq yaşlarımdan futbol azarkeşi olsam da, hələ bizim komandalarımızın iştirakı ilə “böyük oyun” keçirilməsinin şahidi olmamışam.
  • “Qəbələ”nin enişi

    17.05.2016 13:51
    Futbol üzrə 24-cü Azərbaycan çempionatının ilk yarsı başa çatdı.

© 2018 - NSPSOLUTIONS