çərşənbə, 21 noyabr 2018

Menu

çərşənbə, 21 noyabr 2018

Yazarlar

KƏNAN QƏDİRLİ

"Flaqman" bayrağı geri alır

23.10.2018 13:26

9-cu turun mərkəzi görüşü "Baksel Arena"da baş tutdu. Azərbaycan derbisi sayılacaq oyunda “Neftçi” ilə “Qarabağ” üz-üzə gəlirdi. Stadionda derbi ab-havası görsənmirdi. Ümid qalırdı oyun zamanı azarkeşlərin canlanmasına. Çünki futbolda fanatlarla baxımlı oyunun vəhdəti qarşılaşmanın duz-istiotudur. Ancaq hər zamankı tipik azərbaycanlı azarkeşi gördükdə bu qənaətə gəlirsən ki, ölkədə tamaşaçılar və fubolumuz düz mütənasibdirlər.

OYUNUN İCMALI

Hər iki komanda məğlubiyyətdən çıxmışdı. “Neftçi”nin üzərində təzyiq olmasa da, “Qarabağ”ın üzərində son nəticələrə görə yetərincə basqı var idi. Məhsuldarlığa baxmayaraq, maraqlı qarşılaşma izləyə bilmədik. Çünki heyətində bəzi dəyişiklik edən “Qarabağ” elə də baxımlı oyun sərgiləmədi. “Neftçi” isə tam əksini nümayiş etdirirdi. Qarşılaşma“Neftçi”nin üstünlüyü ilə başladı. Bakılılar oyunu əks-hücumlar üzərində qurmuşdu. Futbolçular da bütün komponentlərdə rəqiblərini qabaqlayırdılar. “Neftçi” istəyinə oyunun 10-cu dəqiqəsində çatdı. Darionun sağ cinahdan ötürməsini son günlərin “qəhrəmanı” Abbas Hüseynov öz qapısına göndərərək avtoqol müəllifi oldu. Flaqman bir daha 25-ci dəqiqədə sevindi. Yenə əks-hücum zamanı Baqali Dabonun sol cinahdan ötürməsini Mirabdulla Abbasov ağdamlıların qapısından keçirdi. İlk hissə bu nəticə ilə başa çatdı.

Birinci yarıda “Neftçi”dən hər iki qolda əməyi olmuş hissənin ən yaxşılarından Darionun əziyyətini qeyd etmək lazımdır. “Qarabağ”da isə, Delarjla Ozobiçin işgüzarlığı diqqət mərkəzinə düşdü. Rəqib üçün təhlükəli vəziyytələr yaratmasalar da hərdən nəsə etməyə çalışırdılar.

İkinci hissəyə “Qarabağ” dəyişikliklə başladı. İlk hissədə səhfləri ilə yadda qalan Yakub Yezniçak Rəşad Sadıqovla əvəzləndi. Oyunun gedişatından narazı qalan Qurban Qurbanov daha sonra Miçel ilə Abdulla Zubiri meydana buraxdı. Bundan sonra “Qarabağ” hücumlarının kəsərini biraz da artırmış oldu. Gözlənildiyi kimi, Ağdam klubu məğlub olmaq istəmir və ardıcıl hücumlar edirdi. Hücumlar öz bəhrəisini 85-ci dəqiqədə verdi. Son vaxtlar ən çox tənqid olunan Mahir Mədətov “Qarabağ”a ümid verən qolu vurudu. Ancaq buna qədər Mahirin elə də yaxşı oyun nümayiş etdirmədiyni diqqətinizə çatırdmaq istəyirəm. “Qarabağ”ın bir xala olan ümidlərini oyunun 88-ci dəqiqəsində Baqali Dabo söndürdü. İkinci hissədə oyuna daxil olan eks-“Qarabağ”lı Namiq Əlsəgərovun “Neftçi”nin əks hücumu zamanı Rəşad Sadıqovadan ustalıqla keçib qapı ağızna ötürməsini Dabo qolla yekunlaşdırdı. Oyun “Neftçi”nin 3-1 hesablı qələbəsi ilə başa çatdı.

HAKİMLƏR

Oyunu Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edirdi. Yaxşı və pis idarə etdikləri barədə bir nəticəyə gəlmək çətindi ancaq müəyyən qərarlarda özü və köməkçiləri hərdən səhvlərə yol verdilər. Buna baxmayaraq Əliyar Ağayev oyunda nəzərəti tam olaraq əlində saxlamşdı. Mahir Mədətovun və Rəşad Sadıqovun sərt etirazlarına sarı vərqə göstərməyi bunun əyani sübutu idi. Əvvəllər bu hadisələrin demək olar ki, şahidi olmurduq.

KOMANDALARIN ÜMUMİ GÖRÜNÜŞÜ

Oyuna baxdıqdan sonra “hər aşiqin öz dövranı var” misalı adamın yadına düşür. “Qarabağ”ın da qatarının yavaş-yavaş getdiyi artıq hiss olunur. Bu normal bir hadisədir. Çünki hər bir işin yüksəlişi olduğu kimi, çöküşü də olur. Əsas olan çöküşü qəbul etməkdir ki, onu da hər adam edə bilmir və qəbul etmədikcə də məhvə doğru gedir. Komanda tükənmiş halda oynayır. Əvvəllər legionerlərlə yerli oyunçuların səviyyəsi açıq aşkar hiss olnurdu. Təkcə Abdulla Zubiri çıxmaq şərti ilə “Qarabağ”ın legionerləri elə yerli fubolçularla eyni səviyyəddir. Atalar yaxşı deyiblər: “atı-atın yanına bağlayanda həmrəng olmasa da, həmxasiyyət olur”. Çox təssüf ki, bizimkilər nəsə öyrənməkdənsə gələnləri də özlərinə bənzədirlər.

“Neftçi” isə deyəsən köhnə vaxtlarına qayıtmaq, bayrağı yenidən əlinə almaq istəyir. Həm oyun baxımından, həm də komandada olan intizam bu sözü söyləməyə imkan verir. “Neftçi” oyunu əks-hücumlar üzərində yox, sırf hücum futbolu üzərində qursaydı, bu nəticəni qazana biərdimi? Çətin sualdır. Hər halda Bordinin seçdiyi taktika sayəsində qazanılan qələbənin komandanın çmpionluq yolunda özünəinam hissinə müsbət təkan verəcəyini əminliklə demək olar.

Oxundu: 124

© 2018 - NSPSOLUTIONS