cümə axşamı, 25 aprel 2024

VOLEYBOL

Dünya Qran-prisi-2017-nin püşkü atılıb

21.09.2016 09:00 Oxundu 2940

Qadın voleybolçular arasında Dünya Qran-prisi-2017-nin püşkü atılıb. apasport-un məlumatına görə, Avropa Liqasının qalibi olmaqla 9 il sonra analoji yarışa qatılacaq Azərbaycan yığması da rəqibini tanıyıb.Belə ki, püşkün nəticəsinə əsasən yığmamız ilkin mərhələdə Kamerun, Əlcəzair və Kolumbiya ilə üz-üzə gələcək. Matçlar 2017-ci il iyunun 7-9-da Kamerunda oynanılacaq. Yarışın ikinci mərhələsinə Bakı ev sahibliyi edəcək. İyulun 14-16-na təsadüf edəcək oyunlarda rəqibimiz Macarıstan, Əlcəzair və Meksika olacaq.Reqlamentə əsasən, bu iki mərhələdə Azərbaycan da daxil olmaqla, 8 yığma mübarizə aparacaq. Yekunda ilk 4 yerdə qərarlaşacaq komanda iyulun 22-23-də pley-offda münasibətinə aydınlıq gətirəcək. İlk pilləni tutacaq milli isə yoluna davam edəcək. Qeyd edək ki, 600 min dollar mükafat fondu olan yarışda iştirakçı ölkələrin sayı 28-dən 32-yə qaldırılıb.