cümə axşamı, 09 may 2024

VOLEYBOL

"Azəryol" heyətini gücləndirir

21.09.2016 14:20 Oxundu 2820

Bakının “Azəryol” klubu daha 2 voleybolçu ilə müqavilə imzalayıb.Bakı təmsilçisi yığmamızın gənc üzvləri Kseniya Pavlenko və Leyla Parşkova ilə güclənib.

On səkkiz yaşlı libero ilə müqavilənin müddəti 1 illiyə artırıldığı halda, 23 yaşlı Pavlenko “Azərreyl-2”dən transfer olunub. Blokçu 2016/2017-ci il mövsümündə bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Azəryol” bu oyunçulardan öncə “Telekom”dan Kristina Yaqubovanı icarəyə götürdüyü halda, Anita Bredislə müqaviləni artırıb.