cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Çingiz Hüseynzadə AOK-un iclasında iştirak edəcək

22.09.2016 11:30 Oxundu 1553

Sentyabrın 23-də Slovakiyanın paytaxtı Bratislavada Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və AOK-nin İcraiyyə Şurasının üzvü Çingiz Hüseynzadə iştirak edəcək.

İcraiyyə Komitəsinin iclası çərçivəsində adı çəkilən təşkilatın baş katibi və xəzinədar tərəfindən hesabat çıxışları ediləcək. Tədbir çərçivəsində komissiyaların iclaslarının keçirilməsi nəzərdə tutulur.

Həmçinin Avropa Oyunları və Yeniyetmələrin Avropa Olimpiya Festivalının hesabat çıxışı gündəlikdə olan məsələlər sırasındadır. 129-cu Beynəlxalq Olimpiya Komitəsinin seminarı və “Rio-2016” Yay Olimpiya Oyunları müzakirə olunacaq.