çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Millimiz asiyalıları mübarizədən kənarlaşdırsa...

22.09.2016 11:36 Oxundu 1675

Bu gün futzal üzrə dünya çempionatının Kolumbiyada keçirilən final mərhələsində növbəti oyunlar keçiriləcək.1/8 final mərhələsinin son 3 qarşılaşması baş tutacaq. Bakı vaxtı ilə gecə keçiriləcək qarşılaşmalarda 1/4 finalın son iştirakçıları bəlli olacaq. Planetin 8 ən yaxşısı arasında düşməyə iddialılar arasında Azərbaycan millisi də yer alıb.Mundialda debüt edən yığmamız ilk cəhdində irəlilədiyi 1/8 finalda Tailandla qarşılaşacaq. Qrup mərhələsində Mərakeş (5:0), İspaniya (2:4) və İranla (3:3) mübarizədə 2-ci olan yığmamız tarixində ilk dəfə bu rəqiblə görüşəcək. Miltinyonun yetirmələri asiyalıları mübarizədən kənarlaşdırsa, 1/4 finalda Portuqaliya ilə görüşəcək. Pireneylilər 1/8 finalda Kosta-Rikanı 4:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, Tailand – Azərbaycan oyunu Medelyin şəhərində keçiriləcək. Qarşılaşma yerli vaxtla 17:30-da, Bakı vaxtı ilə isə sentyabrın 23-ü saat 02:30-da start götürəcək.

Futzal üzrə dünya çempionatı

1/8 final

22 sentyabr

17:30. Tailand – Azərbaycan

Hakimlər: Fernando Qutyerres Lumbreras (İspaniya), Jianqiao Liu (Çin), Reks Kamusu (Solomon adaları), Lans Vanhaitsma (ABŞ)

Medelyin. Kolizeo İvan de Bedout