şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Luis Enriko: "Biz Messi ilə güclüyük"

22.09.2016 15:01 Oxundu 1715

"Barselona"nın baş məşqçisi Luis Enriko V tur çərçivəsində "Atletiko" ilə keçirdikləri oyundan (1:1) söz açıb. O deyib: "Bu futboldur. Elə oyunlar olur ki, nəticəni kiçik nüanslar həll edir. Bu oyunda "Barselona" qələbəyə layiq oynadı. Amma bu futbolda kifayət etmir. Bizim bir neçə qol imkanımız oldu, "Atletiko" imkan vermədi. Bir sözlə, bizim komanda yaxşı hücumlar etdi, "Atletiko" isə yaxşı müdafi olundu.

O ki qaldı Messinin zədəsinə. Zədələnəndən sonra o, oyunu tərk etmək məcburiyyətində qaldı. Elə onun əvəzlənməsi də "Barselona"nın işini bir qədər çətinləşdirdi. Amma onu da deyim ki, biz Messi ilə güclüyük, o olmayanda da elə güclü olaraq qalırıq".