şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

UEFA-nın prezidenti Bakıya gələcək

22.09.2016 17:26 Oxundu 1572

AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis UEFA AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün paytaxtımıza gələcək. Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Xatırladaq ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib.