cümə, 29 mart 2024

BİZİM FUTBOL

Mehman Allahverdiyev...işdən azad olunub

22.09.2016 17:32 Oxundu 1734

"Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin Müşahidə Şurasının qərarı ilə Cabir İbrahimov "Kəpəz" Peşəkar Futbol Klubunun icraçı direktoru təyin olunub. Mehman Allahverdiyev isə səhhəti ilə əlaqədar olaraq, öz xahişi ilə işdən azad olunub.

"Kəpəz" Peşəkar Futbol Klubu Mehman Allahverdiyevə klubdakı fəaliyyətinə görə təşəkkürünü bildirib.

İbrahimov Cabir Qabil oğlu 18 iyun 1985-ci ildə Gəncə şəhərində anadan olub. 2003-cü ildə orta məktəbi bitirib, elə həmin ildə də Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsinə daxil olub. 2007-ci ildə Universiteti bitirib. 2008-2009-cu ildə hərbi xidmətdə olub. 2009-cu ildən Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin Gəncə regional şöbəsində inzibatçı vəzifəsində işləyib. Uzun illər idmanla məşğul olub. Azərbaycan Respublikasının “İdman Ustasıdır” benc-press (ağırlıq qaldırma) üzrə dəfələrlə Respublika Çempionu və rekortcusu, böyüklər arasında dünya və avropa yarışlarının mükafatçısı olub. 4 yanvar 2016-cı ildən “Kəpəz” Peşəkar Futbol Klubunda İnfrastruktur üzrə mütəxəssis vəzifəsində çalışıb. Ailəlidir, iki uşağı var.