cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Roma da AVRO-2020-nin loqosunu təqdim etdi

22.09.2016 21:46 Oxundu 1540

Bu gün Romada AVRO-2020-nin loqosunun təqdimat mərasimi olub. apasport-un məlumatına görə, ötən gün Londonda baş tutan təqdimetmədən sonra ikinci təşkilatçı şəhər də loqonu ictimaiyyətə açıqlayıb. Dizaynda məşhur “Müqəddəs Mələk” körpüsünün ətrafı təsvir edilib. Beynəlxalq razılaşmaya görə, 13 təşkilatçı şəhərin hər biri öz loqotipində körpü simvolundan istifadə etməlidir. Bu, həmin şəhərlər arasındakı əlaqəni simvolizə edir.Romada qitə birinciliyinin 3 qrup və 1 1/4 final matçı baş tutacaq. Qeyd edək ki, budəfəki Avropa çempionatının formatı əvvəlkilərdən fərqlənəcək. Belə ki, mötəbər yarış paytaxtımız Bakı da daxil olmaqla qitənin 13 şəhərində keçiriləcək. Bunlar Münhen (Almaniya), Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Brüssel (Belçika), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Qlazqo (Şotlandiya) olacaq.

Yarımfinal və final görüşləri isə Londonda keçiriləcək.