cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Lui van Qal "Verder"ə gətirilə bilər

23.09.2016 12:10 Oxundu 1737

Tanınmış hollandiyalı məşqçi Lui van Qal yenidən iş başına keçə bilər. Bu barədə Qərb mətbuatı (Hamurger Abendblatt) məlumat verib. Xəbərə görə, 65 yaşlı məşqçi Almaniyanın "Verder" komandası ilə danışıqlar aparır. Bu məsələdə daha 3 məşqçinin də (Mirko Slomki, Andreas Xertsoq, Tomas Şaaf) adı hallanır.

Məlumat üçün bildirək ki, ötən həftə "Verder" baş məşqçisi Viktor Skripniklə yollarını ayırıb. Buna komandanın uğursuz çıxışları səbəb olub. Skripniklə yanaşı, köməkçiləri Florian Kofeldt və Torsten Frinqsin də müqaviləsinə xitam verilib.

Lui van Qalın sonuncu iş yeri "Mançester Yunayted" olub.