cümə axşamı, 28 mart 2024

DİGƏR NÖVLƏR

Ramal Aslanov döyüşə çıxır

23.09.2016 17:40 Oxundu 2380

Bu gün Pekində reytinq xalı üzrə dünyada ən güclü səkkiz döyüşçünün “Planetdə ən güclü” adı uğrunda gərgin mübarizəsinə start veriləcək. Ölkəmizin ilk dəfə qatıldığı bu yarışda Azərbaycanı “Lord” ləqəbli peşəkar kikboksçu, Avropa və dünya çempionatlarının mükafatçısı, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirməsi Ramal Aslanov təmsil edəcək.

Ramal Aslanov əməkdar məşqçi, yeniyetmə və gənclər üzrə yığma komandamızın baş məşqçisi Hakim Hacıyev rəhbərliyi ilə döyüşə çıxacaq. Dörddəbir final mərhələsində 71 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Azərbaycan təmsilçisinin ilk rəqibi Əfqanıstan idmançısı Atik Asgarzadah olacaq.