cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Kamran Ağayev "əjdahalar" arasında “damalılar”ı məyus etdi

24.09.2016 08:16 Oxundu 1870

Dünən Portuqaliya Premyer Liqasında VI tura start verilib. Turun ilk oyununda "Portu" "Boavişta"nı qəbul edib. Millimizin üzvü Kamran Ağayev "Boavişta"da məhz bu qarşılaşma ilə debüt edib. Matç təmsilçimizin komandasının 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. İlk iki qolda böyük ölçüdə günahsız olsa da, üçüncü qolun məsuliyyəti birbaşa millimizin üzvünə aid olub. Aleks Tellesin sol cinahdan yumşaq ötürməsini əlində saxlaya bilməyib qapıya buraxan "qolkiper" ilk oyununda mənfi təəssürat yaradıb.Digər oyunçumuz Emin Mahmudov isə 18-liyə salınmayıb.

“Damalılar”ın çalışdırıcısı - “Boavişta”nın baş məşqçisi Ervin Sançes Portuqaliya Premyer Liqasının VI turunda səfərdə "əjdahalar"la - “Porto” ilə oyunda millimizin qapıçısı Kamran Ağayevin çıxışını şərh edib: “Ağayevin səhvindən sonra 3-cü qolu buraxdıq. Bununla da, heç-heçə ümidlərimizin üzərindən də xətt çəkildi. Meydana çıxıb qolun qarşısını ala bilməzdim”.

Portuqaliya Premyer Liqası

VI tur

23 sentyabr

“Portu” – “Boavişta” - 3:1

Qollar: Silva, 19, 41, Telles, 87 - Henrike, 5

“Portu”: Kasilyas, Layun, Markano, Felipe, Telles, Andre Andre, Danilo, Oliver, Adrian, Andre Silva, Otavio

Ehtiyat oyunçular: Joze Sa, Boli, Brahimi, Depuatr, H. Herrera, Korona, Diogo Jota

“Boavişta”: Kamran Ağayev, Mesquita, Enrike, Filipe, Taloxa, İdris, Karraça, Yuri Medeyruş, Fabio Espinyo, Bukia, Diqas

Ehtiyat oyunçular: Mikael Meyra, R. Santos, Tenqarrinya, Karluş Santuş, Anderson Karvalyu, Şembri, Erivelto