cümə, 26 aprel 2024

DİGƏR NÖVLƏR

Gənc yığmamız beynəlxalq turniri 5 medalla başa vurub

24.09.2016 11:36 Oxundu 2002

Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfindən təşkil edilən “Russian Open” beynəlxalq turniri milli komandamız üçün uğurlu alındı. G2 dərəcəli yarışa qatılan gənclərdən ibarət yığma komandamızın 5 üzvü mükafatçılar sırasında yer almağı bacarıb.

Mamed Abdullayevin yetirmələrindən Əliəsgər Əliyev (-68 kq) döyüşlərdə inamla qələbə qazanaraq finala vəsiqəni təmin edib. Finalda da Rusiyalı rəqibi Sarmat Tçakoevə şans verməyərək yarışın qızıl medalını qazanıb.

Komandanın digər üzvlərindən -48 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavid Məmmədov və Mehriban Məmmədova da (-42 kq) finala kimi rəqiblərini yarışdan kənarlaşdırsa da həlledici döyüşlər keçilməz olub. Aliyə Zeynalova (-44 kq) və Leyla Məmmədova (-49 kq) turniri yarımfinal mərhələsində başa vuraraq bürünc medala layiq görülüb. Beləliklə, gənc yığmamız beynəlxalq turniri 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Xatırladaq ki, sayca 6-cı olan G2 dərəcəli “Russian Open” turniri, Moskvanın “Dostluq” idman arenasında keçirilib.