şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Mutko yenə də Rusiya Futbol İttifaqının prezidenti seçilib

24.09.2016 16:49 Oxundu 1835

Rusiya Futbol İttifaqının (RFİ) yeni prezidenti müəyyənləşib. Bu ölkənin idman naziri Vitali Mutko növbəti müddətə Futbol İttifaqının yeni prezidenti seçilib.

RFİ-nin prezidenti postu uğrunda seçki mübarizəsində dörd namizəd iştirak edib. Lakin sonradan Rusiya Peşəkar Futbol Liqasının prezidenti Sergey Pryadkin və Milli Futbol Liqasının rəhbəri İqor Yefremov namizədliyini V.Mutkonun xeyrinə geri götürüb.

Nəticədə, onun rəqibi Rusiya yığmasının sabiq baş məşqçisi Valeri Qazzayev olub. Səsvermə nəticəsində idman naziri 266 səs (65,2 faiz), V.Qazzayev isə 142 səs (34,8 faiz) toplayıb.

Qeyd edək ki, Vitali Mutko ilk dəfə 2005-2009-cu illərdə RFİ-nin prezidenti vəzifəsində çalışıb. Ardından o, 2015-ci il sentyabrın 2-də yenidən bu vəzifəyə bir il müddətinə seçilib.