çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Sesilio Azərbaycan millisinin çətin rəqib olduğunu deyib

25.09.2016 06:12 Oxundu 1905

Kolumbiyada davam edən futzal üzrə Dünya Çempionatının dörddəbir final mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Portuqaliya yığmasının üzvü Fabio Sesilio ölkəsinin mətbuatına qarşılaşma ilə bağlı açıqlama verib. Yığmamız haqqında fikirlərini bölüşən F.Sesilio Azərbaycan millisinin çətin rəqib olduğunu deyib.

Portuqaliya millisinin oyunçusu Azərbaycan futzal millisini çox güclü və məğlub olmağı sevməyən komanda kimi xarakterizə edib. Hazırlaşmaq üçün vaxt olduğunu qeyd edən F.Sesilio qələbəyə ümid etdiklərini bildirib.

Xatırladaq ki, Azərbaycan-Portuqaliya futzal qarşılaşması sentyabrın 26-da keçiriləcək.