şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

"Qəbələ" qələbə qazansa...

25.09.2016 06:16 Oxundu 1768

Bu gün Topaz Premyer Liqasında VI turunun daha iki oyunu keçiriləcək. Günün ilk oyunu Gəncədə baş tutacaq. “Kəpəz” “Qarabağ”ı qəbul edəcək. Son üç mövsümün çempionu hazırda “İnter”in oturduğu liderlik kreslosuna geri qayıtmağı hədəfləyir. Mövsümün ilk turunda aldığı məğlubiyyətdən sonra ardıcıl 4 oyunda xal itirməyən Qurban Qurbanovun yetirmələri gəncəlilərə də öz gücünü göstərmək əzmindədir. Şahin Diniyev və komandası isə doğma divarlar amilindən yararlanaraq rəqibə başağrı olmağa çalışacaq.

Günün ikinci matçında isə ötən mövsümün mükafatçıları “Zirə” ilə “Qəbələ” qarşılaşacaqlar. Qələbə Roman Qriqorçukun yetirmələrini şəriksiz lider edəcək. 7 oyundu qapısında qol görməyən Roman Qriqorçukun yetirmələri ardıcıl 4-cü qələbəsini qazanmaq üçün ötən mövsümdəki kimi çıxış edə bilməyən “Zirə”ni itkisiz keçməlidi. Adil Şükürovun komandası liderlərdən uzaq düşməmək üçün 3 xal qazanmalıdı.

Topaz Premyer Liqası

VI tur

25 sentyabr (bazar)

15:30. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

Gəncə şəhər stadionu

18:00. “Zirə” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

Zirə İdman Kompleksinin stadionu

1.

İnter

6

4

2

0

11-6

14

2.

Qəbələ

5

4

1

0

15-0

13

3.

Qarabağ

5

4

0

1

14-2

12

4.

Kəpəz

5

1

3

1

5-5

6

5.

Zirə

5

2

0

3

4-6

6

6.

Sumqayıt

5

1

1

3

3-7

4

7.

Neftçi

5

1

0

4

3-14

3

8.

AZAL

6

0

1

5

2-17

1

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 6