şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Hamburq" baş məşqçisini yola saldı

25.09.2016 13:58 Oxundu 1909

"Hamburq"qun baş məşqçisi Bruno Labbadia işindən uzaqlaşdırılıb. Bu barədə futbol klubunun rəsmi saytı məlumat verib. Buna səbəb isə komandanın bu mövsümdə uğursuz startıdır. Belə ki, komanda Bundesliqadan keçirdiyi 5 oyundan bir xal qazanıb. Hazırda komanda turnir cədvəlinin 16-cı pilləsindədir.

Qeyd edək ki, Bruno ötən ilin aprelindən bu komandaya rəhbərlik edirdi. Məhz onun sayəsində "Hamburq" ikinci Bundesliqaya düşməkdən xilas olaraq mövsümü onuncu pillədə tamamlayıb. Yeri gəlmişkən onu da xatırladaq ki, 50 yaşlı bu məşqçi "Bayer" və "Ştutqart"da da yaxşı tanınır.