cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Gəncədən gəlirəm, yüküm bir xaldır

25.09.2016 17:44 Oxundu 1884

Sentyabrın 25-də Azərbaycan Premyer Liqasında altınci turun görüşləri davam edib. İkinci oyun gününün ilk görüşü Gəncədə oynanılıb. “Kəpəz” klubu son çempion “Qarabağ”la üz-üzə gəlib.

Belə ki, on dörd ildir rəqibinə qalib gələ bilməyən Gəncə təmsilçisi bu dəfə də Ağdam klubundan yalnız bir xal almağı bacarıb. Gəncə səfərində bərabərə qalan Qurban Qurbanovun komandası isə bir xalla kifayətlənməli olub-1:1.

Hər iki qol matçın ikinci hissəsində vurulub. Əvvəlcə, meydan sahibinin heyətində Dario Federiko 54-cü dəqiqədə hesabı açıb -1:0. “Qarabağ” 75-ci dəqiqədə Reynaldonun qolu ilə hesabı bərabərləşdirib -1:1. Görüşün sonuna yaxın tərəflərin hesabı artırmaq üçün bir neçə imkanı olsa da, sonda tabloda rəqəmlər dəyişməyib.

Beləliklə, heç-heçə sayəsində xal ehtiyatını 13-ə çatdıran “Qarabağ” üçüncü pillədə mövqeyi dəyişməyib. “Kəpəz” isə 7 xalla dördüncü pillədə qalıb.

Xatırladaq ki, günün ikinci matçında ötən mövsümün mükafatçıları “Zirə” ilə “Qəbələ” qarşılaşacaq.

“Kəpəz” – “Qarabağ” - 1:1

Qollar: Dario Federiko,54 - Reynaldo, 75

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

Gəncə şəhər stadionu

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 19. Orxan Əliyev, 77. Serjio Kosta, 10. Dario Federiko, 90. Julien Ebah

Ehtiyat oyunçular:30. Davud Kərimi, 15. Azad Kərimov, 21. Novruz Məmmədov, 17. Nicat Qurbanov, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 14. Fərid Məmmədov

Baş məşqçi: Şahin Diniyev

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Migel Markos Madera, 9. Reynaldo, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov