cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“Qəbələ” zirvədə qərarlaşdı

25.09.2016 18:59 Oxundu 1859

Bu gün Topaz Premyer Liqasında VI turu çərçivəsində daha bir oyun Zirədə baş tutub. Ötən mövsümün mükafatçıları qarşılaşmaya fərqli durumda çıxıb. Bir gün əvvəl liderliyini əldən verən “Qəbələ” zirvəni qaytarmaq, “Zirə” uğursuz başladığı mövsümdə durumunu yaxşılaşdırmaq iddiasında olub.Cari mövsümdə qapısında qol görməyən “qırmızı-qaralar” uğurlu seriyasını bu dəfə də davam etdirib. Qonaqlar Teo Uiksin 2 qolu ilə qələbə qazanıb – 2:0. Bu, “Qəbələ”nin turu zirvədə başa vurması üçün kifayət edib. Qeyd edək ki, tura sentyabrın 27-də keçiriləcək “Neftçi” - “Sumqayıt” matçı ilə yekun vurulacaq.

Topaz Premyer Liqası

VI tur

25 sentyabr (bazar)

“Zirə” – “Qəbələ” - 0:2

Qollar: Teo Uiks, 19, 75

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 10. Elvin Məmmədov (k), 7. Gerhard Proqni, 19. Nurlan Novruzov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev,

96. Elgün Nəbiyev, 20. Sezar Meza Kolli, 21. Murad Səttarlı, 18. Tural Cəlilov, 17. Vüsal İsgəndərli

Baş məşqçi: Adil Şükürov

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 11. Asif Məmmədov (k), 13. Murad Musayev, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 30. Petar Franyiç, 34. Urfan Abbasov

Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 6. Rəşad Sadiqov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

1.

Qəbələ

6

5

1

0

17-0

16

2.

İnter

6

4

2

0

11-6

14

3.

Qarabağ

6

4

1

1

15-3

13

4.

Kəpəz

6

1

4

1

6-6

7

5.

Zirə

6

2

0

4

4-8

6

6.

Sumqayıt

5

1

1

3

3-7

4

7.

Neftçi

5

1

0

4

3-14

3

8.

AZAL

6

0

1

5

2-17

1

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 6