şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Millimiz Portuqaliyaya uduzdu

26.09.2016 07:39 Oxundu 1911

Azərbaycan milli komandası Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatında çıxışını başa vurmalı olub.Bu gün 1/4 final mərhələsində Cali şəhərindəki Coliseo El Pueblo İdman Kompleksində Portuqaliya yığması ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlubiyyətə uğrayıb.

Futzal üzrə dünya çempionatının 1/4 final mərhələsində keçirilmiş Azərbaycan – Portuqaliya oyunundan sonra millimizin baş məşqçisi Milton Luis Ziller Juniorun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: “Oyun barədə onu deyə bilərəm ki, əvvəlcədən planlaşdırdığımız kimi oynadıq. Həm müdafiədə, həm də hücumda. Rəqibimiz qapımız qarşısında təhlükəli epizodlar yaratsa da, biz də bu baxımdan borclu qalmadıq. Doğrudur, vurduğumuzdan çox qol buraxdıq. Amma bu da təbii qarşılana bilər. Xüsusilə, son 4-5 dəqiqədə çox üstün oynasaq da, istədiyimiz hesabı əldə edə bilmədik. Bu nəticədən sonra başımızı aşağı salmamalıyıq. Artıq gələcək barədə düşünməliyik. Hesab edirəm ki, ümumilikdə, komanda dünya çempionatında pis çıxış etmədi. İndi növbəti planlarımızın nədən ibarət olmasına diqqət yetirməliyik”.

Xatırladaq ki, dünya çempionatının qrup mərhələsində Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gələn millimiz, İspaniya komandasına 2:4 hesabı ilə məğlub olmuş, iranlı futzalçılarla isə heç-heçə etmişdi – 3:3. Komandamız 1/8 final mərhələsində Tayland yığmasına 13:8 hesabı ilə qalib gəlmişdi.

DÇ-2016

1/4 final

25 sentyabr

Azərbaycan – Portuqaliya - 2:3

Qollar: Tyaqo Bolinya, 12, Eduardo, 35 - Djo, 8, Joao Matoş, 18, Rikardinyo, 28

Hakimlər: Serjio Kabrera (Kuba), Joze Katemo (Anqola), Xalid Hnix (Mərakeş), Xamis Hassan Al-Şəmsi (BƏƏ)

Kali. Kolizeo el Pueblo

Azərbaycan: 1. Emin Kürdov (q), 3. Tyaqo Bolinya, 6. Eduardo, 9. Fabio Poletto, 13. Qallo

Ehtiyat oyunçular: 2. Elnur Zamanov (q), 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 14. Vitali Borisov

Portuqaliya: 1. Bebe, 3. Bruno Koelyo, 7. Kardinal, 9. Joao Matoş, 10. Rikardinyo (k)

Ehtiyat oyunçular: 12. Vitor Hüqo (q), 14. Kristiano (1), 2. Andre, 4. Migel Kastro, 5. Fabio Sasilio, 6. Pedro Kari, 8. Djo, 11. Re, 13. Tyaqo Brito