çərşənbə, 24 aprel 2024

MÜSAHİBƏ

Pe­pe: “Hü­cum­da oy­na­maq mə­nim üçün da­rıx­dı­rı­cı idi”

01.07.2016 23:32 Oxundu 6946

05-29-2016 20:52:35

ME­HEM­MED-ÏÊ/rus3.yaz

”Re­al”ın mü­da­fi­ə­çi­si Pe­pe “kral klu­bu”nda­kı ilk il­lə­rin­də da­ha çox qay­da­sız dö­yüş­çü­lər­lə mü­qa­yi­sə olu­nur­du. Həm sərt ba­xış­la­rı, həm də qəd­dar oyu­nu ilə rə­qib hü­cum­çu­la­rın qor­xu­lu rö­ya­sı­na çev­ril­miş­di. Tə­bii ki, heç bir for­vard be­lə mü­da­fi­ə­çi ilə üz­bə­üz gəl­mək is­tə­məz. Ar­tıq 9 il­dir ki, “Re­al”ın əsas he­yət üz­vü olan por­tu­qa­li­ya­lı ko­bud­lu­ğu ilə bir çox­la­rı­nın nif­rə­ti­ni qa­zan­sa da, dö­yüş­kən­li­yi ilə ko­man­da­sı­na ki­fa­yət qə­dər xe­yir ve­rib. Kə­nar­dan qor­xu­lu gö­rü­nən Pe­pe, gö­rə­sən şəx­si hə­ya­rın­da ne­cə­dir?

Bu gün­lər­də Mad­rid təm­sil­çi­si ilə ikin­ci də­fə Çem­pi­on­lar Li­qa­sı­nın ku­bo­ku­nu qa­zan­mış 33 yaş­lı oyun­çu fi­nal qar­şı­laş­ma­sın­dan ön­cə Por­tu­qa­li­ya mət­bu­a­tı­na şəx­si hə­ya­tı ilə bağ­lı ma­raq­lı mü­sa­hi­bə ve­rib. Ma­raq­lı ola­ca­ğı­nı nə­zə­rə alıb, hə­min mü­sa­hi­bə­ni si­zə təq­dim edi­rik.

- Əsas müs­bət xü­su­siy­yə­tin nə­dən iba­rət­dir?

- Dost­luq et­mə­yi ba­car­maq, hər kə­sə hör­mət­lə ya­naş­maq, səbr­li və cid­di ol­maq. Sa­da­la­dı­ğım bü­tün bu xü­su­siy­yət­lə­rə əməl et­mə­yə ça­lı­şı­ram. Yad­da­şım­da qa­lan xa­ti­rə­lə­ri hə­mi­şə can­lan­dı­ra bi­li­rəm. Ona gö­rə baş ve­rən hər şe­yə qiy­mət ver­mək la­zım­dır. Ha­ra­da ol­du­ğu­mu­zu unut­ma­ma­lı­yıq.

- Bəs ça­tış­maz­lı­ğın?

- Özü­mə əmin ola bil­mi­rəm. Heç vaxt özüm­dən ra­zı qal­mı­ram. Nə et­mək la­zım ol­du­ğu­nu bil­səm də, eh­ti­yat edi­rəm ki, bir­dən yax­şı alın­maz. Əs­lin­də is­tə­di­yim­dən də uğur­lu nə­ti­cə ve­ri­rəm. Am­ma is­tə­ni­lən hal­da mən­də özü­nə­ə­min­lik yox­dur.

- So­nun­cu də­fə oxu­du­ğun ki­tab han­sı­dır?

- Pa­u­lo Ko­el­yo­nun “Za­ir” ki­ta­bı olub. Axır vaxt­lar oxu­du­ğum ki­tab­lar əsa­sən ve­lo­id­ma­na aid olur. Hə­yat yol­da­şım mə­nə Lens Ar­mstron­qun tər­cü­me­yi-ha­lı olan ki­ta­bı­nı hə­diy­yə edib. Han­sı ki, ora­da id­man­çı­nın sağ­lam­lı­ğı, onun möh­kəm­li­yə da­va­mı və ener­ji­nin sə­mə­rə­li sərf olun­ma­sı­na aid bö­yük mə­lu­mat­lar var. Ki­tab çox xo­şu­ma gəl­di. Çün­ki o, bir da­ha ba­şa sal­dı ki, mən qar­şı­ma qoy­du­ğum məq­sə­də na­il ol­maq üçün so­na qə­dər mü­ba­ri­zə apar­ma­lı­yam.

- Han­sı rəq­si xoş­la­yır­san - “Sam­ba”, yox­sa “Fa­da”?

- Hər iki­si ay­rı-ay­rı mə­də­niy­yə­tin nü­mu­nə­si­dir. Hə­rə­si­nin özü­nə­məx­sus rit­mi var. Adə­tən “Sam­ba” üs­lub­lu mu­si­qi­lə­rə üs­tün­lük ve­rir­lər. Am­ma mən bir ne­çə “Fa­da” mu­si­qi­si­ni də bə­yə­ni­rəm. Ona gö­rə də konk­ret se­çim et­mək çə­tin­dir. Hər hal­da iki­si­ni də se­çi­rəm.

”Mən­də qə­tiy­yən höv­sə­lə yox­dur”

- Sev­di­yin film han­sı­dır?

- İki ki­no mə­nim üçün bö­yük əhə­miy­yət da­şı­yır. Bun­lar Den­zel Va­şinq­to­nun “Con Kyu” və Kub Qu­din­qin “İn­sa­nın şə­rə­fi” film­lə­ri­dir. Hər iki­si­ni çox bə­yə­ni­rəm və im­kan dü­şən ki­mi ba­xı­ram.

- Fut­bol­çu­la­rın ək­sə­riy­yə­ti­nin xoş­la­ma­dı­ğı vər­diş alış-ve­riş et­mək­dir. Bəs sən ne­cə, ma­ğa­za­ya tez-tez ge­dir­sən?

- Əl­bət­tə, hə­mi­şə nə­sə la­zım olan ki­mi su­per­mar­ke­tə üz tu­tu­ram. Mən sa­də in­sa­nam. Doğ­ru­dur, hər­dən Mad­ri­din ti­ca­rət mər­kəz­lə­ri­ni gəz­mək is­tə­yi­rəm, am­ma alın­mır. Çün­ki bu­nun üçün ki­fa­yət qə­dər səbr­li ol­ma­lı­san. Mən­də qə­tiy­yən höv­sə­lə yox­dur. Am­ma ye­nə də şə­hə­rə çı­xan­da ra­hat alış-ve­riş edi­rəm. İs­tə­yən in­san­la­ra av­toq­raf ve­ri­rəm, kim is­tə­yir­sə, şə­kil çək­di­ri­rəm. Hə­ya­tın ma­ra­ğı elə bun­da­dır. Ümu­miy­yət­lə, qa­pa­lı in­san de­yi­ləm, ça­lı­şı­ram ki, in­san­lar­la müm­kün qə­dər çox mü­na­si­bət­də olum.

- Mad­rid­də met­ro­dan çox is­ti­fa­də edir­sən, ya av­to­bus­dan?

- Xeyr, met­ro­dan is­ti­fa­də et­mək­dən xo­şum gəl­mir. Ümu­miy­yət­lə, Por­tu­qa­li­ya­dan gə­lən­dən son­ra ümu­mi nəq­liy­yat­dan az is­ti­fa­də edi­rəm. Be­lə­də özü­mü da­ha ra­hat hiss edi­rəm.

- Boş vax­tın çox olur?

- Ara­da­bir. Am­ma nə yax­şı ki, in­ter­net var. Yox­sa ba­şı­mı nə ilə qa­rış­dı­ra­ca­ğı­mı bil­mə­rəm. Hər­dən dost­la­rım­la əla­qə sax­la­yır, on­la­rın əh­va­lı­nı so­ru­şu­ram.

- Əgər fut­bol­çu ol­ma­say­dın, han­sı sə­nə­ti se­çər­din?

- Ata­mın se­vim­li sə­nə­ti av­to­me­xa­nik­dir və is­tə­yir­di ki, yo­lu­nu da­vam et­di­rim. Elə mə­nim də hə­və­sim var idi. Ata­mın işi­nə bax­maq­dan da­im zövq al­mı­şam. On­dan son­ra uni­ver­si­tet­də fi­zi­o­te­ra­pe­ya­nı öy­rən­mə­yə baş­la­dım. An­caq hə­min ərə­fə­də fut­bol­la da məş­ğul olur­dum və iki iş­lə ey­ni za­man­da məş­ğul ol­ma­ğa vaxt çat­dı­ra bil­mir­dim.

- So­nun­cu də­fə fut­bo­la gö­rə nə vaxt ağ­la­mı­san?

- Ağ­la­ma­mı­şam, bu­nun­la be­lə, həd­dind­dən ar­tıq mə­yus ol­mu­şam. Bö­yük tur­nir­lər­də mü­ba­ri­zə­ni er­kən da­yan­dı­ran­da mə­nim üçün bö­yük zər­bə olur. Be­lə vaxt­lar­da bir ne­çə gün özü­mə gə­lə bil­mi­rəm.

- Se­vim­li ye­mə­yin han­sı­dır?

- Sa­yı-he­sa­bı yox­dur. De­yə­sən, bə­yən­mə­di­yim ye­mək yox­dur (gü­lür). Yol­da­şım ət ye­mək­lə­ri­ni bə­yə­nir. Mən isə pen­dir­dən öt­rü ölü­rəm.

”... üs­tün­lü­yü Kriş­ti­a­nu Ro­nal­do­ya ve­ri­rəm”

- Han­sı da­ha güc­lü­dür - Kriş­ti­a­nu Ro­nal­do, yox­sa Li­o­nel Mes­si?

- Mən üs­tün­lü­yü Kriş­ti­a­nu Ro­nal­do­ya ve­ri­rəm.

- Həm­yer­lin ol­du­ğu üçün?

- Xeyr. Sa­də­cə, onun­la bir ko­man­da­da oy­na­yı­ram və nə­yə qa­dir ol­du­ğu­nu çox gö­zəl bi­li­rəm. Düz­dür, mə­nim üçün Mes­si də da­hi fut­bol­çu­dur. An­caq is­tə­ni­lən hal­da Ro­nal­do­dan son­ra. Kriş­ti­a­nu həm də in­san ki­mi xoş söz­lə­rə la­yiq­dir. O, mü­la­yim, sə­mi­mi, is­ti­qan­lı oğ­lan­dır.

- Am­plu­a­ca mü­da­fi­ə­çi­sən. Nə­yə gö­rə məhz bu möv­qe­də oy­na­maq is­tə­mi­sən?

- Fut­bol oy­na­ma­ğa baş­la­yan­da hü­cum­çu funk­si­ya­sı­nı ye­ri­nə ye­ti­rir­dim. Son­ra­lar ya­vaş-ya­vaş ge­ri çə­kil­dim. Hü­cum­da oy­na­maq mə­nim üçün da­rıx­dı­rı­cı idi. Çün­ki to­pa həs­rət qa­lır­dım. Ona gö­rə ge­ri­yə qa­yıt­maq qə­ra­rı­na gəl­dim. Ar­dın­ca bir möv­süm yarm­mü­da­fi­ə­çi ki­mi çı­xış et­mi­şəm. Ye­kun se­çi­mim isə mər­kəz mü­da­fi­ə­çi­si ol­du.

- Sə­ni “Pe­pin­yo” ça­ğı­ran­da xo­şu­na gə­lir?

- On­suz da Bra­zi­li­ya­da mə­ni be­lə ça­ğı­rır­lar. Uşaq olan­da bir ne­çə adım olub - “Pa­pi”, “Pe­pin­yo”, “Pe­pon”, “Pa­pin­yo”. Atam isə mə­nə sa­də­cə, “Kep­ler” de­yir­di. Son­ra­lar ha­mı əsa­sən, “Pe­pin­yo” ki­mi ta­nı­ma­ğa baş­la­dı. Pe­şə­kar kar­ye­ra­ma baş­la­yan­da ar­tıq bö­yü­müş, təc­rü­bə­li fut­bol­çu ol­muş və güc­lən­miş­dim. Ona gö­rə əv­vəl­ki ki­mi “Pe­pin­yo” de­yil­mə­si bir qə­dər yax­şı alın­mır­dı. Çün­ki bu, əsa­sən, uşa­ğa ox­şa­yır. “Pe­pon” da de­yən var idi, am­ma qə­ti xo­şu­ma gəl­mir­di. Qə­rar ver­dim ki, “Pe­pe” ha­mı­sın­dan yax­şı­dır.

”Ba­şı­ma nə­za­rət et­mək üçün xü­su­si ma­şın al­mı­şam”

- Bəs nə­yə gö­rə bü­tün ko­man­da yol­daş­la­rın sə­ni “Pa­pi” de­yə ça­ğı­rır?

- Mad­ri­də gə­lən­dən son­ra bu adı Ser­xio Ra­mos­la ün­siy­yət­də olan­da iş­lə­dir­dim. Onun­la bir otaq­da qa­lır­dıq. Ona gö­rə ha­mı­nın ağ­zın­da da “Pa­pi” qal­mış­dı.

- Han­sı fut­bol­çu­lar sə­ni da­ha çox mə­yus edib?

- Qu­ti və Ro­nal­do. Hər iki­si ek­stra­va­qant fut­bol­çu idi. Am­ma Ro­nal­din­yo, Ro­bin­yo, Mes­si və Eto'O da mə­nim qə­ni­mim idi.

- Yə­qin ki, “Re­al”ın ta­ri­xi ilə ya­xın­dan ma­raq­lan­mı­san. Ən çox bə­yən­di­yin fut­bol­çu kim­dir?

- Hü­cum­çu San­til­ya­na mə­ni va­leh edib. Ba­şı ilə xey­li qol vu­rub. Vur­du­ğu qol­la­rın bir ne­çə­si­nin vi­de­o­ya­zı­sı­na bax­mı­şam.

- Han­sı ha­di­sə­yə gö­rə saç uzat­maq qə­ra­rı­na gə­lə bi­lər­sən?

- Heç nə­yə gö­rə saç uzat­ma­ram. Sə­hər­lər ba­şı­ma nə­za­rət et­mək üçün xü­su­si ma­şın al­mı­şam. Yə­ni im­kan ver­mi­rəm ki, az da ol­sa, sa­çım ol­sun. Çün­ki özü­mü be­lə da­ha ra­hat hiss edi­rəm.

- Sən­cə, “Re­al”a ye­ni fut­bol­çu­lar la­zım­dır­mı?

- Mən­cə, he­yət­də güc­lü və is­te­dad­lı fut­bol­çu­lar ki­fa­yət qə­dər­dir. An­caq əla­və fut­bol­çu­lar alın­sa, işi­miz da­ha ra­hat olar.