çərşənbə, 24 aprel 2024

VOLEYBOL

Çempion olmağı bacarsa... ilk titulunu qazanmış olacaq

03.07.2016 13:17 Oxundu 5425

Bu gün qadın voleybolçular arasında Avropa Liqasında son oyun keçiriləcək. Turnirin həlledici matçı Bakıda baş tutacaq. Azərbaycan və Slovakiya milliləri final mərhələsinin cavab qarşılaşmasında üz-üzə gələcəklər. İlk matçda səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn millimiz bu əlinə düşən möhtəşəm fürsəti boşa vermək istəmir. Voleybolçularımıza çempionluq kubokuna yiyələnmək üçün 2 set lazımdı. Millimiz hətta 2:3 hesabı ilə uduzsa da, turnirin qalibi olacaq. Yarışda keçirdiyi 9 qarşılaşmadan da inamlı qələbə ilə ayrılan millimiz finala qədər heç bir komandaya 2 set verməyib. Azərbaycan yığması çempion olmağı bacarsa, tarixində ilk titulunu qazanmış olacaq. Belə ki, hər zaman Avropanın ən güclülərindən sayılan qadın yığmamız buna baxmayaraq heç bir yarışda çempion ola bilməyib.

Avropa Liqası

Final mərhələsi, cavab oyunu

3 iyul

18:00. Azərbaycan – Slovakiya

Hakimlər: Giorgio Giani (İtaliya), Helana Geldof (Hollandiya)

Bakı. İdman Sarayı

İlk oyun: Slovakiya – Azərbaycan – 1:3 (19:25; 25:18; 22:25; 20:25)