cümə axşamı, 28 mart 2024

MÜSAHİBƏ

Manuel Noyer: "Əsl drama yaşanırdı"

03.07.2016 15:16 Oxundu 6280

Almaniya və İtaliya arasında dünən keçirilən dörddəbir final oyununun qəhrəmanı Manuel Noyer mətbuata verdiyi açıqlamasında karyerası ərzində ilk dəfə 11 metrlik cərimə zərbələrinin vurulması zamanı belə şok yaşandığını söyləyib O bununla bağlı "Sovsport" saytına müsahibə verib:

- Əvvəllər karyeranız ərzində bu qədər 11 metrlik zərbələr vurulmamasına rast gəlmişdinizimi?

- Karyeram ərzində belə şeylə rastlaşmamışdım. Karyeramda iki 11 metrlk zərbənin vurulmamasının şahidi olmuşam. Amma bir oyunda bu qədər 11 metriliklərin vurulmamasına ömrümdə rast gəlməmişdim. Əsl drama yaşanırdı. Düzdür, biz iki hissənin nəticələrinə görə, daha çox şeyə ümid bəsləyirdik... Ancaq bütün hallarda növbəti mərhələyə vəsiqə qazana bildiyimizə çox şadam.

- Uğurlu oyununuzu necə şərh edərdiniz? Bu 11 metrliklər əsəblərinizə çox təsir etdimi?

- Çox ağır idi və bunu gizlətmirəm. Ancaq mən yalnız öz işim, vəzifəm barədə düşünməyə çalışırdım. Adətən, 11 metrliyi vuranın fikirlərini tapmağa çalışıram. Ancaq bu dəfə bilmiridm 11 metrlkləri kim və hara vuracaq. Ona görə də əksər qollar qapının mərkəzindən vuruldu.

- Siz oyundan əvvəl11 metrlik zərbələr seriyasına hazırlaşmışdınızmı?

- Əlbəttə, ancaq əksər hallarda bunun köməyi dəymir. Əksər futbolçular qaçan vaxtı və ya hətta topa zərbə endirdikləri vaxt haraya vuracaqlarını müəyəyn edirlər. İtalyanlar 11 metrlik zərbələr seriyasına yaxşı hazırlaşmışdılar. Amma bu onların uğur qazanmasına yardım edə bilmədi. Almaniya yığması, ümumiyyətlə, 11 metrlik zrbələri uğurla yerinə yetirir. İtalyanlarla oyunda da 11 metrlik zərbələr seriyası zamanı hansısa rekorda imza adığımızı yazıblar. Amma 11 metrlik zərbələr nəticəsində qazandığımızı uğuru ciddi qəbul etmək də zənnimcə düz deyil.