cümə axşamı, 18 aprel 2024

SARI KART

Av­ro­ba­ya­tı­lar

04.07.2016 00:11 Oxundu 3829

1/4 fi­nal

Pol­şa - Por­tu­qa­li­ya 1:1 (pen. 4:5), Uels - Bel­çi­ka 3:1, Al­ma­ni­ya - İta­li­ya 1:1 (pen.6:5), Fran­sa - İs­lan­di­ya 5:2

Por­tu­qa­li­ya­nın baş məşq­çi­si:

Mən aşi­qəm bu ha­la,

Bu ge­diş, bu min­va­la.

Biz sü­rü­nə-sü­rü­nə

Çıx­dıq ya­rım­fi­na­la.

Pol­şa­nın baş məşq­çi­si:

Bur­da bir qa­la düş­dü,

Dağ aş­dı, ya­la düş­dü,

Göy­dən bir bə­la gəl­di

Bi­zim ma­ha­la düş­dü.

Uel­sin baş məşq­çi­si:

Ar­zu­la­rın cəm ol­du,

Yı­ğı­şıb həm­dəm ol­du.

Bu “qır­mı­zı şey­tan­lar”

”Əj­da­ha”ma yem ol­du.

Bel­çi­ka­nın baş məşq­çi­si:

Ət­ra­fı­mı səs al­dı,

Sən sə­si­ni kəs, al­dı.

”Qır­mı­zı şey­tan­lar”ın

Ca­nı­nı Uels al­dı.

Al­ma­ni­ya­nın baş məşq­çi­si:

Də­yir­man boş do­la­nır,

Üs­tün­də quş do­la­nır.

Qur­ban olum Al­la­ha,

Mə­nim­lə xoş do­la­nır.

İta­li­ya­nın baş məşq­çi­si:

Mən do­la­nıb hər ya­nı,

Qov­dum çə­ni, du­ma­nı

Bəxt biz­dən üz dön­dər­di,

Pe­nal­ti­lər za­ma­nı.

Fran­sa­nın baş məşq­çi­si:

Bax bu də­rin qu­yu­nun

Bu­lan­dır­dıq su­yu­nu.

İs­land­la­rın to­yu­nu

Kim­sə göz­lə­mə­yir­di

Biz­dən be­lə oyu­nu.

İs­lan­di­ya­nın baş məq­çi­si:

Bil­məm be­lə nöş ol­du,

Ümid­lə­rim puç ol­du.

Qa­pı­mı­za vu­ru­lan

Qo­lun sa­yı beş ol­du.