cümə, 29 mart 2024

VOLEYBOL

“Telekom” liderliyini möhkəmlədib

17.05.2016 13:29 Oxundu 4852

Günün yeganə matçında lider “Telekom” “Gənclik”i qəbul edib. Zoran Qayiçin yetirmələrinin ilk 3 qarşılaşmada məğlub etdiyi komanda ilə mövsümdə son duelində nəinki xal, heç set itirməsi də inandırıcı deyildi. Gözlənildiyi kimi də olub. Hər üç setdə müqavimətsiz qalib gələn “Telekom” aktivinə növbəti 3 xalı yazdırıb və liderliyini möhkəmlədib.

23 fevral – XII tur

“Telekom” – “Gənclik” – 3:0 (25:12; 25:9, 25:17)

“Gənclik” Olimpiya Kompleksi

I dövrə: “Gənclik” – “Telekom” – 0:3 (17:25, 19:25, 15:25)

II dövrə: “Telekom” – “Gənclik” – 3:0 (25:16; 25:15; 25:12)

IV dövrə: “Gənclik” – “Telekom” – 0:3 (17:25; 2:25; 16:25)