çərşənbə axşamı, 23 aprel 2024

ŞAHMAT

Qaliblər məşhurlarla qarşılaşacaqlar

21.10.2016 14:41 Oxundu 1803

Sabah Fransanın Bastiya şəhərində “XX Corsican Circuit 2016” beynəlxalq şahmat turniri başlanır. Əvvəlcə “Open Corsica Maestri” yarışı keçiriləcək. Yarışda 61 şahmatçı, o cümlədən 19 qrossmeyster iştirak edəcək. Turnir İsveçrə sistemi üzrə 9 turda keçiriləcək. Yarışın yekununa əsasən turnirin rapid üzrə 1/8 finalının 12 iştirakçısı müəyyən ediləcək və azərbaycanlı qrossmeyster Teymur Rəcəbov, hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand, yerli şahmatçı Maksim Vaşye-Laqrav və qadınlar arasında dünya çempionu, çinli şahmatçı Xou İfan onlara qoşulacaq.

Oktyabrın 30-da turnirin final mərhələsi keçiriləcək.