cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Şahin Diniyev: "Görüş çox yaxşı alındı"

23.10.2016 20:34 Oxundu 1812

“Kəpəz” – “İnter” (0:0) oyunundan sonra baş məşqçilərin ənənəvi mətbuat konfransı keçirilib. Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev qarşılaşma ilə bağlı bunları deyib: “Öz gücümüzə bələd olduğumuzdan rəqibə ilk hissədən təzyiq etməyə başladıq. “İnter” müdafiədə ən etibarlı oynayan komandadır, çempionatda heç uduzmayıblar. Mənə elə gəlir ki, görüş çox yaxşı alındı. Futbolçularımdan razıyam, bəzilərinin yoxluğu oyunumuza mane olmadı. Onların əvəzinə meydana çıxanlar verilən taktiki tapşırıqları yerinə yetirdilər. Matçın sonlarına doğru güc tükəndi. Oyun yolunda gedirdi deyə əvəzetmələri gec etdik. İlk yarıda üstünlük bizdə idi, fasilədən sonra oyun bərabər səviyyəli keçdi”.