şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

“Zirə" qələbə qazansa...

24.10.2016 06:51 Oxundu 1651

Bu gün Topaz Premyer Liqasında IX turun daha bir oyunu keçiriləcək. İkinci oyun gününün tək qarşılaşması Şüvəlanda baş tutacaq. AZAL doğma meydanda “Zirə” ilə qarşılaşacaq. Ötən mövsümün gümüş mükafatçısı bu oyuna yüksək əzmlə çıxacaq. Belə ki, Adil Şükürovun yetirmələri yenidən turnir cədvəlinin ilk yarısında yer almaq üçün əla imkan əldə edib.Dünən baş tutan matçda “Kəpəz”in xal itirməsi zirəlilər üçün şans yaradıb. Əgər onlar səfərdə qələbə qazansalar, 4-cü pilləyə yüksələcəklər. Meydan sahibləri də bu matça dönüş nöqtəsi kimi baxırlar. Mövsümün qələbə qazanmayan yeganə komandası olan “təyyarəçilər” bu tilsimi qırmaq üçün doğma meydan amilindən də yararlanmaq istəyir.

İki komanda arasında maraqlı statistika diqqət çəkir. Belə ki, bu vaxta qədər AZAL-la “Zirə” arasında keçirilmiş 5 görüşün heç birində meydan sahibi olan komanda məğlub olmayıb. Tərlan Əhmədovun yetirmələri bu tendensiyanı davam etdirə bilsələr, “zirzəmi”də daha dərinə getməmək üçün bir addım atmış olarlar.

Topaz Premyer Liqası

IX tur

24 oktyabr (bazar ertəsi)

16:00. AZAL – “Zirə”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
“AZAL Arena”
I dövrədəki oyun: 1:3

Turnir cədvəli

1

Qəbələ

8

6

2

0

20-1

20

2

İnter

9

4

5

0

13-8

17

3

Qarabağ

8

5

1

2

18-5

16

4

Kəpəz

9

2

5

2

7-8

11

5

Zirə

8

3

1

4

7-9

10

6

Sumqayıt

8

2

2

4

6-12

8

7

Neftçi

8

2

0

6

6-18

6

8

AZAL

8

0

2

6

3-19

2

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7