çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

"Lakin Ronaldo fərqli idi"

24.10.2016 07:00 Oxundu 1674

"Manchester United"in əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyusson 2003-2009-cu illərdə rəhbərliyi altında oynamış Kriştianu Ronaldo barədə fikirlərini bölüşüb. Şotland mütəxəsis bunları deyib:

"Ronaldo öz üzərində işləyən insanın ideal nümunəsidir. "Ronaldonu mən yetişdirmişəm" - demək asandır. Bir sıra məşqçilər hər hansı futbolçunu indiki səviyyəyə qaldırdıqlarını söyləyə bilər. Amma Ronaldo özü özünü yetişdirib. Bizsə ona qüsursuz olmaq üçün göstərişlər və platforma təqdim etmişik. "United"in fantastik futboçuları vardı - Qiqqs, Skoulz, Kantona. Lakin Ronaldo xüsusi biri idi".