cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

“Qızıl top” a namizədlərin ilk siyahısı açıqlanıb

24.10.2016 12:10 Oxundu 1739

“Qızıl top” a namizədlərin ilk siyahısı açıqlanıb. FİFA ilə əməkdaşlığa son qoyan “France Football” 2016-cı ilin ən yaxşı futbolçusu adına ilk 5 iddiaçını müəyyənləşdirib. Mükafata namizəd olan 30 oyunçu 6 dəfəyə açıqlayacaq Fransa nəşrinin ilk “beşliy”ində argentinalı Serxio Aquero, qabonlu Pyer-Emerik Obameyanq, uelsli Qaret Beyl, italiyalı Canluici Buffon və portuqaliyalı Kriştianu Ronaldo yer alıblar. Qeyd edək ki, “France Football” digər namizədləri də gün ərzində açıqlamağı planlaşdırır.