cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

“Təyyarəçilər” fasilədən sonra məğlubiyyətdən xilas ola bilib

24.10.2016 21:56 Oxundu 1704

Oktyabrın 24-də futbol üzrə Topaz Premyer Liqasının IX turunda AZAL komandası “Zirə”ni qəbul edib. “AZAL Arena”da keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi oyunun ilk hissəsi qonaqların üstünlüyü şəraitində keçib. Matçın 25-ci dəqiqəsində topa əl ilə müdaxiləyə görə AZAL-ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Sezar Meza Kolli qapını dəqiq nişan alıb – 0:1. İlk hissə “Zirə”nin qələbəsi ilə yekunlaşıb.

İkinci hissəyə hər iki komanda sürətli hücumlarla başlayıb. Matçın 64-cü dəqiqəsində AZAL oyunda bərabərliyi təmin edib. Nuqzar Kvirtiyanın hava ötürməsindən sonra David Canalidze topu başla qapıya göndərib - 1:1. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyun bu hesabla da başa çatıb.

Bu görüşdən sonra “Zirə” xal ehtiyatını 11-ə çatdıraraq “Kəpəz” ilə 4-5-ci yerləri bölüşdürür. Aktivində üç xal olan AZAL isə turnir cədvəlinin sonuncu pilləsində yer alıb.

Topaz Premyer Liqası

IX tur

24 oktyabr (bazar ertəsi)

AZAL – “Zirə” - 1:1

Qollar: David Canelidze, 66 - Sezar Meza Kolli, 25-pen.
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
“AZAL Arena”
I dövrədəki oyun: 1:3

AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 7. Kamal Mirzəyev, 55. Qeyrət Əliyev, 10. Nuqzar Kvirtiya, 11.Ruslan Nəsirli, 77. Adan Koronado, 9. Röyal Nəcəfov

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 27. Eltun Hüseynov, 12. Mahsun Qənbərli, 4. Qvanzav Maqomedov, 21. David Canelidze, 17. Rəşad Abdullayev, 15. Brayn Fok

Baş məşqçi: Tərlan Əhmədov

“Zirə”: 1. Anar Nəzirov (k), 18. Tural Cəlilov, 5. Adil Nağıyev, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 11. Viktor İqbekoyi, 8. Milan Duriç, 7. Gerhard Proqni, 92. Cavid Tağıyev, 19. Nurlan Novruzov, 20. Sezar Meza Kolli

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 10. Elvin Məmmədov, 77. Yamin Ağakərimzadə, 21. Murad Səttarlı, 17. Vüsal İsgəndərli, 38. İlkin Muradov

Baş məşqçi: Adil Şükürov

Turnir cədvəli

1

Qəbələ

8

6

2

0

20-1

20

2

İnter

9

4

5

0

13-8

17

3

Qarabağ

8

5

1

2

18-5

16

4

Kəpəz

9

2

5

2

7-8

11

5

Zirə

9

3

2

4

8-10

11

6

Sumqayıt

8

2

2

4

6-12

8

7

Neftçi

8

2

0

6

6-18

6

8

AZAL

9

0

3

6

4-20

3

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7