şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Qızıl oğlan” - Renato Sançes

24.10.2016 22:05 Oxundu 1826

2016-cı ilin ən yaxşı gənc futbolçusunun adı müəyyənləşib. İtaliyanın “Tuttosport” qəzetinin təsis etdiyi “Qızıl oğlan” mükafatı öz yeni sahibini tapıb. Söhbət AÇ-2016-nın qalibi adını qazanan, Portuqaliya yığmasının yarımmüdafiəçisi Renato Sançesdən gedir. O, 21 yaşa qədər futbolçular arasında bütün rəqiblərini qabaqlayaraq, bu ada layiq görülüb.“Tuttospor”un 2003-cü ildən etibarən təqdim etdiyi bu mükafat ötən il Antoni Marsiala qismət olmuşdu. Budəfəki “10-luq”da aşağıdakı adlar qərarlaşıb:

1. Renato Sançes (Portuqaliya, “Bavariya”)

2. Markus Reşford (İngiltərə, “Mançester Yunayted”)

3. Kinqsli Koman (Fransa, “Bavariya”)

4. Dele Alli (İngiltərə, “Tottenhem”)

5. Osman Dembele (Fransa, “Borussiya” Dortmund)

6. Canluici Donnarumma (İtaliya, “Milan”)

7. Leroy Sane (Almaniya, “Mançester Siti”)

8. Marko Asensio (İspaniya, “Real” Madrid)

9. Mahmud Daud (Almaniya, “Borussiya” Mönxenqladbax)

10. Keleçi İheanaço (Nigeriya, “Mançester Siti”)