şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Azərbaycan millisi də qüvvəsini sınayacaq

25.10.2016 09:07 Oxundu 1636

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunda mübarizəyə start veriləcək. Rumıniyada keçiriləcək qrup oyunlarında Azərbaycan millisi də qüvvəsini sınayacaq. Vüqar Məmmədin baş məşqçisi olduğu komandamız ilk qarşılaşmada İngiltərə ilə görüşəcək. Matç Buftea şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qrupumuzun digər oyununda meydan sahibləri və Avstriya qarşılaşacaq.

Qeyd edək ki, elit-raunda qrupda ilk iki yeri tutanlar, həmçinin üçüncülər arasında ən yaxşı nəticəyə malik 5 yığma vəsiqə qazanacaq.

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi

VI qrup

I tur, 25 oktyabr

20:00. İngiltərə - Azərbaycan

Hakimlər: Fyodor Zammit, Luke Portelli (hər ikisi Malta), Daniel Mitruti, Katalin Qaman (hər ikisi Rumıniya)

Hakim-inspektor: Gerard Perri (İrlandiya)

UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya)

Buftea. RFF futbol mərkəzi