cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

"Sumqayıt" son dəqiqədə məğlubiyyətdən qurtuldu

25.10.2016 22:00 Oxundu 1709

Oktyabrın 25-də futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun növbəti matçı oynanılıb.Günün ilk oyununda “Sumqayıt” evdə turnir cədvəlinin hazırkı lideri “Qəbələ” komandasını qəbul edib. Matç böyük hesablı heç-heçə ilə başa çatıb. Belə ki, oyuna meydan sahibləri daha fəal başlayıblar. Komandaların qarşılıqlı hücumlarına baxmayaraq ilk hissədə qapılara top vurulmayıb.

İkinci hissədə “Sumqayıt” “Qəbələ”nin qapısına yol tapmağı bacarıb. Hissənin ilk dəqiqəsində Yusif Nəbiyev hesabı açıb.

Görüşün 64-cü dəqiqəsində qonaqların heyətində Rəşad Eyubov hesaba tarazlıq gətirib-1:1. Qarşılaşmanın 73-cü dəqiqəsində isə “Qəbələ” yenidən hesabda irəli çıxıb. Bu dəfə Filip Ozobiç “Sumqayıt”ın qolkiperi Fərhad Vəliyevi məyus edib. Lakin bu oyunda vurulan son qol olmayıb. Meydan sahibi komanda əlavə olunmuş vaxtın sonuncu dəqiqəsində hesabı öz xeyrinə dəyişə bilib. “Qəbələ”nin futbolçusu Sadiq Quliyev rəqibə qarşı cərimə meydançasında kobud oynayıb və baş hakim “Sumqayıt”ın lehinə penalti təyin edib. On bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Amil Yunanov hesabı bərabərləşdirib - 2:2.

Beləliklə, mövsüm boyu qapısında bir top görən və bu oyunda ikisini buraxan “Qəbələ” xal ehtiyatını 21-ə çatdırıb. “Sumqayıt” isə 9 xalla 6-cı pillədə qalıb.

“Sumqayıt” – “Qəbələ” - 2:2

Qollar: Yusif Nəbiyev, 46, Amil Yunanov, 90+4-pen. - Rəşad Eyubov, 64; Filip Ozobiç, 73

Qırmızı vərəqə: Sadiq Quliyev, 90+3
I dövrədəki oyun: 0:2

Sumqayıt şəhər stadionu

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 9. Amil Yunanov, 21. Nasır Abilayev, 25. Ayaz Mehdiyev, 39. Tural Bayramlı, 66. Afşin Esmaeilzadeh
Baş məşqçi: Samir Abasov

“Qəbələ”: 22. Dmitri Bezotosnı (k), 3. Voislav Stankoviç, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 20. Rikardinyo, 32. Rəşad Eyubov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 8. Qismət Alıyev, 14. Cavid Hüseynov, 21. Roman Hüseynov, 30. Petar Franyiç, 34. Ürfan Abbasov, 39. Sadiq Quliyev
Baş məşqçi: Roman Qriqorçuk

1

Qəbələ

9

6

3

0

22-3

21

2

Qarabağ

9

6

1

2

20-5

19

3

İnter

9

4

5

0

13-8

17

4

Kəpəz

9

2

5

2

7-8

11

5

Zirə

9

3

2

4

8-10

11

6

Sumqayıt

9

2

3

4

8-14

9

7

Neftçi

9

2

0

7

6-20

6

8

AZAL

9

0

3

6

4-20

3

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7