cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ” “Neftçi”yə "2" verdi

25.10.2016 22:06 Oxundu 1700

Oktyabrın 25-də futbol üzrə Topaz Premyer Liqasında IX tura yekun vurulub. Turun sonuncu matçında “Qarabağ” komandası “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

“Bakcell Arena”da keçirilən oyunda hesab matçın 29-cu dəqiqəsində açılıb. Rahid Əmirquliyev adını tabloya yazdırıb. Oyunun 90-cı dəqiqəsində isə “Qarabağ”ın hücumu zamanı “Neftçi”nin futbolçusu Jayro Rodriges topu öz qapısına göndərib - 0:2.

Əsas diqqətçəkən hadisələr isə matçın sonunda yaşanıb. "Neftçi"nin hücumçusu Katalin Tira meydana daxil olan azarkeşi yumruqlayıb. Bu hərəkətinə görə, qırmızı vərəqə ilə cəzalanan oyunçu tarixi oyunda tarixi biabırçılığa imza atıb.

Beləliklə, doqquz turdan sonra turnir cədvəlinə aktivində 21 xalı olan “Qəbələ” komandası başçılıq edir. Xal ehtiyatını 19-a çatdıran “Qarabağ” ikinci pilləyə yüksəlib. Hesabında 16 xal olan “İnter” üçüncü sırada qərarlaşıb. Hər birinin hesabında 11 xal olan “Kəpəz” və “Zirə” dördüncü və beşinci pilləni bölüşdürür. “Sumqayıt” (9 xal) altıncı, “Neftçi” (6 xal) yeddincidir. Doqquz oyundan cəmi üç xal toplayan AZAL isə sonuncu sıradadır.

Topaz Premyer Liqasının növbəti – onuncu turunun oyunları oktyabrın 29-30-da keçiriləcək.

Topaz Premyer Liqası

IX tur

25 oktyabr (çərşənbə axşamı)

“Neftçi” – “Qarabağ” - 0:2

Qollar: Rahid Əmirquliyev, 29, Jayro, 90 (öz qapısına)

Qırmızı vərəqə: Katalin Tira, 90 (meydana daxil olan azarkeşi vurduğu üçün)


I dövrədəki oyun: 0:3

8-ci km qəsəbə stadionu

“Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro Filyo Rodriges, 6. Vançe Şikov, 17. Rəhman Hacıyev, 80. Edson Kastilya, 30. Dario Melnyak, 99. Denilson Pereyra, 23. Tərzin Cahangirov, 20. Eltun Yaqublu, 95. Elvin Bədəlov, 10. Cavid İmamverdiyev (k)
Ehtiyat oyunçular: 1. Krşevan Santini, 9. Katalin Tira, 19. Fəhmin Muradbəyli, 90. Jonas Pesalli, 26. Kamal Qurbanov, 13. Murad Ağayev
Baş məşqçi: Elxan Abdullayev

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 71. Vüqar Nadirov
Baş məşqçi: Qurban Qurbanov

1

Qəbələ

9

6

3

0

22-3

21

2

Qarabağ

9

6

1

2

20-5

19

3

İnter

9

4

5

0

13-8

17

4

Kəpəz

9

2

5

2

7-8

11

5

Zirə

9

3

2

4

8-10

11

6

Sumqayıt

9

2

3

4

8-14

9

7

Neftçi

9

2

0

7

6-20

6

8

AZAL

9

0

3

6

4-20

3

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7