cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Yığmamız İngiltərəyə uduzdu

25.10.2016 22:13 Oxundu 1684

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib.

İngiltərə komandası ilə qarşılaşan yığmamız məğlub olub - 0:2.

Futbolçularımız turnirdə növbəti oyununu oktyabrın 27-də Avstriya yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Komandamızın mübarizə apardığı 6-cı qrupun oyunları Rumıniyada təşkil olunub.

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi

VI qrup

I tur, 25 oktyabr

İngiltərə - Azərbaycan - 2:0

Qollar: Angel Gomes, 16, Jadon Sanço, 23

Hakimlər: Fyodor Zammit, Luke Portelli (hər ikisi Malta), Daniel Mitruti, Katalin Qaman (hər ikisi Rumıniya)

Hakim-inspektor: Gerard Perri (İrlandiya)

UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya)

Buftea. RFF futbol mərkəzi