çərşənbə, 08 may 2024

BİZİM FUTBOL

“Futbol meydanı boks rinqi deyil"

25.10.2016 22:17 Oxundu 1824

Topaz Premyer Liqasının IX turu çərçivəsində baş tutan “Neftçi” – “Qarabağ” matçı insidentlə bağlı meydan sahiblərinin baş məşqçisi Elxan Abdullayev açıqlama verib. “CBC Sport” telekanalına açıqlama verən mütəxəssis oyunçunun hərəkətini şiddətlə qınadığını bildirib. “Futbol meydanı boks rinqi deyil, onu çox ciddi cəza gəzləyir. İndi burda açıqlamaq istəmirəm, ancaq özünüz zamanında şahidi olacaqsınız. Ola bilsin ki, klubdan qovulsun” – deyə baş məşqçi bildirib.Qeyd edək ki, oyunun 90-cı dəqiqəsində “Qarabağ”ın vurduğu ikinci qoldan sonra meydana azarkeş daxil olub. Meydanın mərkəzinə tərəf irəliləyən azarkeşə gözlənilmədən “Neftçi”nin rumıniyalı hücumçusu Katalin Tira hücum çəkib və iki-üç dəfə zərbə endirib.