cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Yeni ildə "Neftçi” tam başqa komanda olacaq"

26.10.2016 10:47 Oxundu 1646

"Neftçi” PFK Topaz Premyer Liqasında növbəti oyununu keçirib. Komanda IX turda "Qarabağ” klubu ilə qarşılaşıb. Görüş 0:2 hesablı məğlubiyyətlə nəticələnib. Oyundan sonra baş məşqçi Elxan Abdullayev fikirlərini bildirib:

"Bu gün Azərbaycanın ən güclü komandası ilə qarşılaşdıq. "Qarabağ”la açıq futbol oynamaq hər komanda üçün çox təhlükəlidir. Bu taktika özünü doğrultdu, sadəcə, uzaq məsafədən bizə qol vura bildilər. Oyundan razı qaldım, çünki futbolçulardan istək və mübarizə tələb edirdim ki, onu da gördüm. Amma nəticədən razı qalmadım. Yeni ildə "Neftçi” tam başqa komanda olacaq. İnanıram ki, onda itirilən xalları artıqlaması ilə bərpa edəcəyik. Tiranın hərəkətinə gəlincə, peşəkar futbolçu özünü belə aparmamalıdır. Futbolçu özünü idmançı kimi aparmalıdır. Heç bir futbolçunun haqqı yoxdur ki, azarkeşə əl qaldırsın. "Neftçi” bu məsələni belə qoymayacaq. Tiranı klub tərəfindən böyük cəza gözləyir”.