cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Azarkeşi vuıran Tira məşqlərdən kənarlaşdırıb

26.10.2016 10:51 Oxundu 1636

“Neftçi” rumıniyalı hücumçusu Katalin Tira ilə bağlı qərarını verib. Bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.Paytaxt təmsilçisi Topaz Premyer Liqasının IX turunda “Qarabağ”la keçirilən dünənki qarşılaşmanın sonlarında azarkeşi vuran Tiranı məşqlərdən kənarlaşdırıb. "Neftçi” rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək.

fQeyd edek ki,“Neftçi”nin futbolçusu Katalin Tira üzr istəyib. Rumıniyalı hücumçu dünən “Qarabağ”la keçirilən çempionat oyunundakı hərəkətinə görə, peşman olduğunu bildirib. Belə ki, Tira şəxsi feysbuk səhifəsində matçın son dəqiqələrində vurduğu azarkeşdən üzr istəyib: “Dünən baş verən hadisəyə görə, həqiqətən, təəssüflənirəm. Mən bu hərəkətə sadəcə, öz komanda yoldaşımı müdafiə etmək üçün yol verdim. Bilmirdim ki, o, bizim azarkeşimizdi. Elə bildim ki, “Qarabağ”ın fanatıdı”. Tira sonda Azərbaycan dilində “üzr istəyirəm” ifadəsini də işlədib.