cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

“Azərreyl” üzüldü, “Azəryol” sevindi

26.10.2016 10:55 Oxundu 1687

Bakıda təlim-məşq toplanışında olan İsrailin “Makkabi” klubu Azərbaycan təmsilçiləri ilə növbəti yoxlama matçını keçirib. apasport-un məlumatına görə, Çempionlar Liqasında mübarizə aparacaq Hayfa komandası 2 qarşılaşmadan birində qalib gəlib, digərində məğlubiyyətə üzülüb. Belə ki, İsrail çempionu Super Liqanın qalibi “Azərreyl”lə görüşdə tay-brekdə sevinib. “Dəmiryolçular”ın əsasən ikinci heyətə güvəndiyi oyun 3:2 hesabı ilə qonaqların xeyrinə bitib.

“Azərreyl”dən fərqli, yalnız ölkə çempionatında oynayacaq “Azəryol” isə növbəti qələbəsini qazanıb. Eldar Yusubovun “sükanı arxasına” keçdiyi Bakı təmsilçisi bu dəfə “Makkabi”ni 3:1 hesabı ilə məğlub edib.