cümə axşamı, 25 aprel 2024

ŞAHMAT

Final mərhələsi başa çatdı

26.10.2016 10:59 Oxundu 1825

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər Şahmat məktəbləri komandalarının final yarışları başa çatıb. Nazirlikdən bildiriblər ki, Xaçmaz Olimpiya Kompleksində keçirilən final mərhələsi üzrə zona yarışlarında I, II və III yerləri tutmuş komandalar mübarizə aparıb.

Yarışın nəticəsinə əsasən, birinci yeri Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi, ikinci yeri “Təhsil” Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi, üçüncü yeri isə Gəncə şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin komandaları tutub.

Birinciliyin keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən şahmat məktəblərinin perspektivli şahmatçılarını aşkara çıxarmaq və mərkəzin yığma komandasını formalaşdırmaqdır.

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin kubok və diplomları ilə təltif ediliblər.