cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Əliyar Ağayev qrup mərhələsinin oyununa təyinat alıb

26.10.2016 16:31 Oxundu 1686

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə qrup mərhələsinin oyununa təyinat alıb. Ə.Ağayev noyabrın 13-də keçiriləcək oyunlardan birini idarə edəcək. 29 yaşlı referinin hansı görüşdə iş başında olacağı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, noyabrın 13-də Kipr - Cəbəllütariq, İsveçrə - Farer adaları, Macarıstan - Andorra, Bolqarıstan - Belarus, Luksemburq - Hollandiya, Portuqaliya - Latviya, Belçika - Estoniya və Yunanıstan - Bosniya və Herseqovina oyunları keçiriləcək