çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

Millimiz bu dəfə də xalsız qalsa...

27.10.2016 09:22 Oxundu 1605

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunda II turun oyunları keçiriləcək. Azərbaycan millisi Avstriya ilə qarşılaşacaq. Rumıniyada baş tutacaq matç yığmamız üçün böyük əhəmiyyət kəsb edir. İlk qarşılaşmada İngiltərəyə 0:2 hesabı ilə uduzan millimiz bu dəfə də xalsız qalsa, mərhələ adlamaq şansını minimuma endirəcək.Bütün matçlarını Buftea şəhərində keçiriləcək millimiz üçün digər oyunun nəticəsi də az maraq doğurmur. Çünki daha tez başlayacaq İngiltərə ilə Rumıniya arasında matç elit-raunda vəsiqələr baxımından da önəmlidi.

Qeyd edək ki, Azərbaycan – Avstriya oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi

VI qrup

II tur, 27 oktyabr

20:00. Avstriya – Azərbaycan

Hakimlər: Petur Reynert, Endryu Kristensen (hər ikisi Farer adaları), Daniel Mitruti, Katalin Qaman (hər ikisi Rumıniya)

Hakim-inspektor: Gerard Perri (İrlandiya)

UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya)

Buftea. RFF futbol mərkəzi

1

İngiltərə

1

1

0

0

2-0

3

2

Avstriya

1

1

0

0

2-1

3

3

Rumıniya

1

0

0

1

1-2

0

4

Azərbaycan

1

0

0

1

0-2

0