cümə axşamı, 28 mart 2024

VOLEYBOL

Voleybolçularımızın rəqibləri bəlli oldu

27.10.2016 09:25 Oxundu 2708

Lüksemburqda voleybol üzrə DÇ-2018-in ikinci seçmə mərhələsinin püşkü atılıb. Avropa Voleybol Konfederasiyasının (CEV) məlumatına görə, qadın və kişilərdən ibarət milli komandamızın da rəqibləri müəyyənləşib. Belə ki, qadınlardan ibarət yığmamız E qrupunda Hollandiya, Ukrayna, İsrail, Danimarka və Norveçlə mübarizə aparacaq. Bu qrupun bütün görüşləri 30 may 4 iyun 2017-ci il tarixləri arasında Azərbaycanda keçiriləcək.

Digər qruplar aşağıdakı kimi formalaşıb.

A qrupu: Xorvatiya (ev sahibi), Rusiya, Macarıstan, Yunanıstan, Avstriya, Gürcüstan

B qrupu: Polşa (ev sahibi), Serbiya, Çexiya, Slovakiya, Kipr, İslandiya

C qrupu: Bolqarıstan (ev sahibi), Türkiyə, Rumıniya, İsveçrə, Monteneqro, Kosovo

D qrupu: Belçika (ev sahibi), İtaliya, Belarus, İspaniya, Latviya, Bosniya və Hersoqovina

E qrupu: Azərbaycan (ev sahibi), Hollandiya, Ukrayna, İsrail, Danimarka, Norveç

F qrupu: Portuqaliya (ev sahibi), Almaniya, Fransa, Finlandiya, Sloveniya, Estoniya

Kişi voleybolçularımızın rəqibləri isə Fransa, Almaniya, Türkiyə, Ukrayna və İslandiya olacaq. Bu komandalar arasındakı mübarizə 23-28 may tarixləri arasında Fransada keçiriləcək.

Digər qrupların tərkibi isə belədir:

A qrupu: Fransa (ev sahibi), Almaniya, Türkiyə, Ukrayna, Azərbaycan, İslandiya

B qrupu: Hollandiya (ev sahibi), Slovakiya, Yunanıstan, Avstriya, Lüksemburq, Moldova

C qrupu: Sloveniya (ev sahibi), Belçika, Portuqaliya, Latviya, İsrail, Gürcüstan

D qrupu: Estoniya (ev sahibi), Rusiya, Monteneqro, Rumıniya, Macarıstan, Kosovo

E qrupu: Xorvatiya (ev sahibi), Serbiya, Belarus, Danimarka, İsveçrə, Norveç

F qrupu: Çexiya, Finlandiya, İspaniya, İsveç, Kipr, Şimali İrlandiya