cümə axşamı, 25 aprel 2024

VOLEYBOL

Qubanı Göygöl əvəzləyib

27.10.2016 17:05 Oxundu 2760

Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-in püşkatma mərasimin vaxtı dəqiqləşib.Qitənin ən nüfuzlu turnirin püşkü noyabrın 24-də atılacaq. Tədbir Bakıda keçiriləcək. Mərasimə CEV rəhbərliyi ilə yanaşı, məşhur voleybolçuların da gəlməsi gözlənilir.Bu arada yarışın keçiriləcəyi şəhərlərin siyahısında da dəyişiklik edilib. Belə ki, ölkəmizdə baş tutacaq 3 qrupdan birinin ev sahibi olacaq Qubanı Göygöl əvəzləyib. Artıq burada hazırlıq işlərinə də başlanılıb.Bu gün isə Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti, eləcə də, Türkiyə Voleybol Federasiyasının vitse-prezidenti Özkan Mutlugil Göygöldə səfərdə olub. Onunla yanaşı, Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi də rayonun İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin rəsmiləri ilə görüşüb. Beləliklə, əvvəldən də açıqlandığı kimi, Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Göygöldə, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək. Qeyd edək ki, yarışa 16 komanda qatılacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, Avro-2015-in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk “beşlik”də qərarlaşan Türkiyə və Almaniya yığmalarıdı. II seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda isə Çexiya, Ukrayna və Macarıstan da qoşulub.